Accessibility links

ABŞ rəsmiləri İŞİD-in iki nömrəli liderinin öldürüldüyünü xəbər verirlər. Ekstremist liderin İraqda dron hücumu nəticəsində öldüyü bildirilir.

Milli Təhlükəsizlik Şurasının sözçüsü deyib ki, “Hacı Müttaz” kimi tanınan Fadhil Əhməd əl-Hayali avqustun 18-də İraqın Mosul şəhəri yaxınlığında səyahət edərkən hava hücumuna məruz qalıb. Sözçü Ned Price bildirib ki, hava zərbəsi həmçinin "Əbu Abdulla" ləğəbi ilə tanınan başqa İŞİD militantını öldürüb.

Yayılan bəyanatda əl-Hayali ektrtemist qruplaşmanın Şura Məclisinin üzvü və İŞİD lideri Əbu Bəkr əl-Bağdadinin başlıca müavini kimi təsvir olunur. O, İraq və Suriya arasında silahların, partlayıcı maddələrin və nəqliyyat vasitələrinin köçürülməsində aparıcı rol oynayırdı.

Əl-Hayalinin ölümü İŞİD-in maliyyə, media və hərbi əməliyyatlarına mənfi təsir göstərəcək.

“Əl-Hayalinin ölümü İŞİD-in maliyyə, media və hərbi əməliyyatlarına mənfi təsir göstərəcək,” bəyanatda bildirilir. Əl-Hayalinin İŞİD-in İraqdakı fəaliyyətinə rəhbərlik etdiyi deyilir.

Bu, ilk dəfə deyil ki, əl-Hayalinin ölüm xəbəri yayııb. Ötən ilin sonunda Pentaqon bu barədə xəbər yaydıqdan sonra ABŞ rəsmiləri ölən şəxsin kimliyinin səhv müəyyən olunduğunu bildirmişdilər.

Milli Təhlükəsizlik Şurasının bəyanatında deyilir ki, Birləşmiş Ştatlar və onun koalisiya tərəfdaşları "regiona böyük bəlalar bəxş etmiş" İŞİD-in zəiflədilməsində və məhv edilməsində qətidirlər.

XS
SM
MD
LG