Accessibility links

Həbs edilən iki alman İran qanunlarını pozduqlarını etiraf edib

  • Amerikanın səsi

Həbs edilən iki alman İran qanunlarını pozduqlarını etiraf edib

Həbs edilən iki alman İran qanunlarını pozduqlarını etiraf edib

İranın dövlət televiziyası baş prokuror Qulam Hüseyn Mohseni Ecehiyə istinadən bildirib ki, həbs edilən iki alman daşlanma cəzasına məhkum edilən qadın haqda məlumat toplamaqla İran qanunlarını pozduqlarını etiraf edib

İranın dövlət televiziyası baş prokuror Qulam Hüseyn Mohseni Ecehiyə istinadən bildirib ki, həbs edilən iki alman daşlanma cəzasına məhkum edilən qadın haqda məlumat toplamaqla İran qanunlarını pozduqlarını etiraf edib. Həmin şəxslərin jurnalist iddialarının yalan olduğu bildirilib. Egehi bundan əlavə almanların İranın xaricdəki düşmən elementləri ilə əlaqəsi olduğunu deyib. Almaniya vətəndaşı olan bu iki şəxs daş-qalaq hökmü altında olan Səkinə Aştiyaninin oğlu ilə müsahibə keçirmək istəyirdi. Aştiyaninin edam hökmü dünya ictimaiyyətinin qəzəbinə səbəb olub. İran isə Qərb mediasını onun işini siyasiləşdirməkdə günahlandırır.

XS
SM
MD
LG