Accessibility links

Həbs edilən müxalifət fəallarının valideynləri aclığa başlayıb


Həbs edilən müxalifət fəallarının valideynləri aclığa başlayıb

Həbs edilən müxalifət fəallarının valideynləri aclığa başlayıb

AXCP fəalı Elnur Məcidlinin atası Arzuman Məcidli, Müsavat Partiyasının fəalı Rüfət Hacıbəylinin atası İbrahim Hacıbəyli aclıq edir. Gün ərzində digər məhkumların qohumları və yaxınları aksiyaya qoşulacaq.

2 aprel mitinqində iştiraka görə məhkum edilənlərin valideynləri onların azadlığa buraxılması tələbi ilə aclıq aksiyasına başlayıblar. Aksiya Müsavat Partiyasının mənzil-qərargahında keçirilir. Məhkum olunmuş AXCP fəalı Elnur Məcidlinin atası Arzuman Məcidli bildirib ki, onunla birlikdə Müsavat Partiyasının fəalı Rüfət Hacıbəylinin atası İbrahim Hacıbəyli də aclıq edir. Gün ərzində digər məhkumların qohumları və yaxınları aksiyaya qoşulacaq. Müxtəlif vaxtlarda məhkum olunmuş siyasi məhbuslar Ruslan Bəşirli, Cabbar Savalan, Bəxtiyar Hacıyev və Vidadi İsgəndərlinin qohumlarının da aksiyaya qoşulacağı gözlənilir. Məhkumların qohumları aclıqla yanaşı, piket və digər etiraz aksiyaları keçirmək niyyətindədir.
Arzuman Məcidli Turan Agentliyinə bildirib ki, Qərb Universitetinin 4-cü kurs tələbəsi olan oğlu universitetdən xaric edilib.

2 aprel mitinqi ilə bağlı həbs olunan 13 fəal 1,5 ildən 3 ilədək azadlıqdan məhrum edilib. Onlar ictimai asayişin pozulmasında, polisə müqavimətdə, başqasının əmlakına maddi zərər vurmaqda ittiham olunur.

XS
SM
MD
LG