Accessibility links

Həcc ziyarətinə iki milyon yarım adam qatılıb

  • Amerikanın səsi

Həcc ziyarətinə iki milyon yarım adam qatılıb

Həcc ziyarətinə iki milyon yarım adam qatılıb

Səudiyyə Ərəbistanı rəsmiləri deyirlər ki, iki milyon yarımdan çox müsəlman illik Həcc ziyarətinə başlayıblar.

Həcc İslamın ən qədim və müqəddəs ayinlərindən biri sayılır. Ziyarətin ünvanı Məhəmməd peyğəmbərin doğum yeri olan Məkkədir.

Şahzadə Nayef bin Əbdül Əziz bildirib ki, rekord 1.8 milyon sayda müsafir dünən krallığa təşrif buyurub. Müsafirlər 183 milləti təmsil edirlər. Xaricilər ziyarətdə iştirak edən minlərlə səudiyyəliyə qoşulacaqlar.

Əksər zəvvarlar Məkkə və qonşulqudakı Mədinədə olacaqlar. Onlar həmçinin peyğəmbərin sonuncu xütbəsini oxuduğu Ərəfat dağı ətəyində toplaşacaqlar.

XS
SM
MD
LG