Accessibility links

HDP lideri Səlahəddin Dəmirtaşa qarşı istintaq başlanıb [Təhlil]


Türkiyənin dövlət ittihamçıları kürd tərəfdarı partiyanın lideri Səlahəddin Dəmirtaşa qarşı istintaqa başlayıb. Bu addım təhlükəsizlik qüvvələri ilə ölkənin cənub-şərq hissəsində çoxluq təşkil edən PKK-nı dəstəkləyən kürdlər arasında qarşıdurmadan sonra atılıb.

Xalqların Demokratik Partiyasının lideri Türkiyədə azlıqda olan kürdlərə muxtariyyət çağırışlarından sonra istintaqa cəlb olunub. Bunun ardınca Baş nazir Əhməd Davudoğlu Səlahəddin Dəmirtaşla görüşünü ləğv edib. Baş nazir onu və onun partiyasını siyasi baxımdan yetkin olmamaqda ittiham edib.

Siyasi ekspert Cengiz Aktar deyir ki, Türkiyədə tarix özünü təkrarlayır.

90-cı illərdə ilk kürdpərəst partiya DEP parlamentə daxil ola bildi, lakin sonra tamamilə kənarlarşdırıldı. Onlar parlamentdə həbs olunaraq, təhlükəsizlik qüvvələri tərəfindən həbsxanaya aparıldı. Biz bunun təkrarlandığını görürük.

“90-cı illərdə ilk kürdpərəst partiya DEP parlamentə daxil ola bildi, lakin sonra tamamilə kənarlarşdırıldı. Onlar parlamentdə həbs olunaraq, təhlükəsizlik qüvvələri tərəfindən həbsxanaya aparıldı. Biz bunun təkrarlandığını görürük.”

HDP noyabr ayında keçirilən seçkilərdə 10 faizdən çox səs toplayaraq parlamentə daxil olmağa nail olub.

HDP-yə qarşı hüquqi və siyasi addımlar Türkiyə təhlükəsizlik qüvvələrinin kürd üsyançı qrup PKK-ya qarşı mübarizəsi ilə üst-üstə düşür. Ölkənin cənub-şərq regionlarında qadağan saatı tətbiq ediliib. Minlərlə əsgər və polis qüvvələri tanklarla bəzi qəsəbələrə nəzarət edir. Yerli insan haqları təşkilatları deyir ki, uşaqlar da daxil olmaqla 100-dən çox mülki vətəndaş münaqişə zamanı həlak olub.

TAK adlanan kürdpərəst təşkilat bildirir ki, münaqişə onları keçən həftə İstanbulun ikinci beynəlxalq hava limanında ölümlə nəticələnən hücum həyata keçirməyə sövq edib. Təhlükəsizlik məsələləri üzrə ekspert Metehan Dəmir deyir ki, TAK-ın bunu həyata keçirdiyi təsdiqlənərsə, bu, narahatlıq yaradır.

Bu narahat doğurur. Çünki bu o deməkdir ki, belə hücumlar davam edə bilər. Lakin PKK-nın hazırki hücumlarına baxsanız, mülki vətəndaşlara qarşı hücumlar görməzsiniz. Hücumu tam başa düşmək üçün bir az gözləməliyik.

“Bu narahat doğurur. Çünki bu o deməkdir ki, belə hücumlar davam edə bilər. Lakin PKK-nın hazırki hücumlarına baxsanız, mülki vətəndaşlara qarşı hücumlar görməzsiniz. Hücumu tam başa düşmək üçün bir az gözləməliyik.”

PKK bildirir ki, onların TAK üzərində heç bir nəzarəti yoxdur. Lakin Türkiyə rəsmiləri bunu rədd edir. TAK əvvəllər mülki vətəndaşlara qarşı bir neçə dəfə hücumlar həyata keçirib. Təhlilçi Metehan Dəmir deyir ki, hər iki tərəfdə mövcud əhval-ruhiyyə iyul ayında boşa çıxan sülh səylərinin yenidən canlandırılması şanslarını azaldır.

“Hər iki tərəfdə təlafat, psixoloji narahatlıq müşahidə olunur. Həm Türkiyə təhlükəsizlik qüvvələri, həm də PKK tərəfdə. Onlar bir araya gəlib yenidən sülh prosesini müzakirə etmək iqtidarında deyillər.”

Hər iki tərəf üz mövqeyini daha da sətləşdirir. Kürd üsyançılarının rəhbərliyi müharibə qarşısında olduğunu eıan etdiyi hada, Türkiyənin siyasi liderləri PKK tərksilah edilməyənədək mübarizəni davam etdirəcəklərini deyir.

XS
SM
MD
LG