Accessibility links

Noyabrın 1-də keçiriləcək seçkilərə bir neçə gün qalmasına baxmayaraq rəsmilər hətta qış saatına keçid kimi məsələ ətrafında razılıq əldə edə bilmirlər.

Türkiyə keçən şənbə günü yay saatına son verib qış saatına keçməliydi. Lakin son dəqiqədə hökumət rəsmiləri saat dəyişməsini seçkilərdən sonrakı günə qədər təxirə saldı. Çoxları deyir ki, prezident Rəcəb Tayyib Ərdoğan düşünür ki, o hətta vaxtı da dayandıra bilər.

Tərəfdarları onu Türkiyənin neo-Osmanlı erasının lideri, anarxiya və hərc-mərcliyə qarşı mübarizə aparan xəlifə kimi görür. Bunun üçün Ədalət və İnkişaf partiyası və ya AKP-nin noyabrın 1-də keçiriləcək seçkilərdə parlamentdə çoxluq əldə etməlidir. AKP-pərəst qəzetin köşə yazarı Əbdürrəhman Dilipak deyir ki, əgər Ərdoğan hər zaman vurğuladığı kimi hökuməti prezidentlik sisteminə keçirməyi bacararsa, Türkiyə prezidenti dünyadakı bütün sünni müsəlmanlar üçün “xəlifə” ola bilər.

Güclü lider

Ərdoğan özü haqda uzun müddətdir güclü lider imicini yaratmağa çalışıb. O, seçki kampaniyası dövrü kürdləri, Qərbi, solçular, fəallar və jurnalistlərı əlbir olmaqda ittiham edərək, onları Türkiyənin düşmənləri kimi qələmə verməyə çalışıb. Həftə sonu Hasan Kalyoncu Universitetində çıxışı zamanı, o, dünya liderlərini Türkiyəni bölməkdə günahlandırıb. “Onlar müvəffəqiyyətə nail olmayıblar və olmayacaqlar”, deyə o bildirib.

Onun düşmənləri də onu xəlifə ola biləcək biri, dünyəvilik və çağdaşlığa qarşı çıxan və gələcəkdə Mustafa Kamal Atatürkün qurduğu dünyəvi Türkiyə Cumhuriyyətini dağıda biləcək bir şəxs kimi görür.

Ərdoğanın adı seçki bülletenlərində göstərilməsə də, ikinci dəfə keçiriləcək parlament seçkilərinin əsas mövzusu Türkiyənin mübahisəli lideri olub. “Prezident qeyri-qanuni və qeyri-əxlaqi şəkildə seçki prosesinə müdaxilə edir və hökumətin fəaliyyətinə mane olur”, deyə siyasi elmlər üzrə professor Ersin Kalaycıoğlu bildirir.

Parlament seçkiləri

Müxalif siyasətçilər Ərdoğanın eqoizminin növbəti seçkilərə aparaq. ölkəni dərin təhlükəsizlik böhranına sürükləməkdə günahlandırır. Onlar prezidentin bilərəkdən koalisiya hökumətinin formalaşmasını sabotaj etdiyini deyir.

Müxalifət partiyaları seçkiləri ölkənin demokratiya naminə mühüm sınaq adlandırır.

Ərdoğanın tənqidçiləri noyabr seçkilərini prezidentin gələcəkdə nə qədər gücə sahib olacağını göstərəcəyini deyir.

Bu, iyun ayında keçirilən seçkilərdə də əsas məsələ idi. Belə ki, Ərdoğan konstitusiyada dəyişiklik edərək, Türkiyənin idari sistemini prezidentlik sisteminə çevirməkdə iddialı idi. AKP-nin parlamentdə çoxluq əldə edə bilməməsi Türkiyə liderinin bu hədəflərini həyata keçirməsinin qarşısını alıb.

Ərdoğan siyasi kampaniyalarda

Seçkilərdə əsas vurğuları dəyişməkdən uzaq olsa da, Ərdoğan islam təmayüllü AKP partiyasının seçki kampaniyasında əsas diqqət mərkəzindədir. Zorakılıqların artması və kürd üsyançılar ilə müharibənin başlaması ölkədə siyasi gərginliyin daha da artmasına səbəb olub.

1954-cü ildən bəri Türkiyə hökumətinin erkən seçkilər keçirmək çağırışları uğursuzluqla nəticələnib. Təhlilçilərə görə Ərdoğan qeyri-stabillik və siyasi böhrandan istifadə edərək seçicilərin AKP partiyasına geri dönməsinə çalışır.

Müxalif partiyalar seçki kampaniyalarında prezidentin siyasi böhrandan istifadə edərək, seçiciləri qorxutmağa çalışdığını xalqa çatdırmağa çalışırlar.

Müxalifət Erdoğanı Türkiyəni bölməkdə ittiham edir

HDP lideri Səlahəddin Dəmirtaş preizdent Ərdoğanı bilərəkdən bölücü dil işlətdiyini və türkləri qızışdırmaqda ittiham edir.

“İnsanlar partiyalara, məhəllələrə, təriqətlərə və dini icmalara bölünüb. Hökumət bunu edib. Əvvəllər bizi separatçı olmaqda günahlandırırdılar. İndi isə HDP insanları birləşdirməyə çalışır. Biz zəhərə qarşı dərmanıq. Türk xalqı zəhərlənib və əgər biz buna qarşı dərman kimi davranmasaq, hətta vətəndaş müharibəsi baş verə bilər”, deyə Dəmirtaş verdiyi müsahibədə bildirib.

Dəmirtaş həmçinin AKP hökumətini Ankarada nümayiş zamanı 102 nəfərin ölümünə səbəb olan bomba partlayışının onun sözlərinə görə, təhlükəsizliyə laqeyd yanaşma nəticəsində baş verməsindən diqqəti yayındırdığına görə tənqid edir.

Hadisəni törədənlərin İslam Dövləti qrupu ilə əlaqəsi olan iki intiharçı olduğu deyilir. Lakin Ərdoğan bunun İslam Dövləti qrupu və kürd separatçılarının birgə işi olduğunu iddia edir. HDP lideri isə bunun AKP-nin "konspirasiya" haqda növbəti nəzəriyyələrindən biri olduğunu deyir. “Baş nazir və prezident elə bir qrupu günahlandırır ki, həmin qruplar heç vaxt bir araya gəlib Türkiyəyə qarşı bunu biz etmişik deyə bilməz”, deyə Dəmirtaş əlavə edib.​

Show comments

XS
SM
MD
LG