Accessibility links

Türkiyə parlamentinin komitəsinin iclasında millət vəkilləri arasında mübahisə yaranıb. İclasda millət vəkillərinin ittiham olunmasına yol açacaq qanunun müzakirəsi aparılıb. İnsident AK partiyası ilə kürdpərəst müxalifət partiyası kimi tanınan HDP arasında yaşanıb.

HDP partiyasının üzvləri bildirib ki, bu qanun onlara qarşı təziqlərin artırılması üçün nəzərdə tutulub. HDP üzvlərinin dəfələrlə iclası tərk etməsi digər üç partiya üzvlərinin qanun təklifini qəbul etməsinə səbəb olub.

Növbəti mərhələ təklifin parlamentdə səsə qoyulması olacaq.

Prezident Rəcəp Tayyip Ərdoğan HDP partiyasından bəzi üzvlərin ittiham olunmasına çağırıb. O, partiya üzvlərinin PKK yaraqlı qrupu ilə əlaqəsi olduğunu deyir.

Hazırki qanuna əsasən millət vəkilləri parlamentə üzv olduqları müddətdə ittiham olunmaqdan azaddırlar. Polis onlara qarşı cinayət işi açmaq səlahiyyətinə malik olsa da, qanuni prosesə yalnız parlamentdə müddətləri qutardıqdan sonra başlaya bilərlər.

XS
SM
MD
LG