Accessibility links

​​HDP Türkiyə qüvvələrinin kütləvi qırğınları ilə bağlı təhqiqata çağırır


Türkiyənin kürd tərəfdarı Xalq Demokrat Partiyası (HDP) təhlükəsizlik qüvvələrinin PKK-ya qarşı əməliyyatlar zamanı yol verdiyi kütləvi qırğınlarla bağlı təhqiqat aparılmasına çağırır.

Cizre

Cizre

HDP qüvvələri Cizredə zirzəmilərdə ilişib qalan 150 nəfərin ölümündə günahlandırır. Partiyanın parlament üzvü Ertuğrul Kürkçü ölənlər arasında PKK nümayəndələrinin olduğunu etiraf etsə də, onların heç bir təhdid yaratmağıdını bildirib.

Çəkilmiş şəkillərdə insanların kütləvi şəkildə yandığı və ya tək-tək güllələndiyi göstərilir

"30, 40, 70 nəfərdən ibarət insanlar zirzəmilərdə tibbi yardım gözləyirdi. Onlar yardım deyil, qətllə üzləşdi. Çəkilmiş şəkillərdə insanların kütləvi şəkildə yandığı və ya tək-tək güllələndiyi göstərilir."

Türkiyə hökuməti isə bu iddiaları rədd edərək, təhlükəsizlik qüvvələrinin terror təşkilatı ilə mübarizə apardığını bildirir. Cizrede aparılan iki aylıq kampaniya zamanı tanklar məhəllələri yerlə yeksan edib. Ordu 600-dən artıq üsyançının öldürüldüyünü bildirsə də, mülki əhali arasındakı tələfat barədə məlumat vermir.

Cizre

Cizre

Cizredə hazırda kommendant saatı qüvvədədir. Human Rights Watch-un Türkiyə üzrə aradırmaçısı Emma Sinkleyrin dediyinə görə, bölgədə baş verənlərə aydınlıq gətirilməlidir.

"Ölənlərin autopsiyası və ölümlərin səbəblərinin araşdırılması olduqca mühümdür. Kürd icmasının suallarını cavablandırmaq üçün geniş və müstəqil təhqiqata ehtiyac var."

Hökumət isə müstəqil araşdırmaları rədd edir. İnsan haqları müdafiəçiləri onların autopsiyalarda iştirak etmələrinə icazə verilmədiyini deyir.

Ölənlərin autopsiyası və ölümlərin səbəblərinin araşdırılması olduqca mühümdür

Hökumət PKK-nın təhlükəsinin İslam Dövləti qədər güclü olduğunu bildirir.

Ötən həftə PKK ilə əlaqəsi olan qrup tərəfindən Ankarada həyata keçirilən hücum 28 nəfərin ölümü ilə nəticələnmişdi.

Təhlilçilərin fikrincə, münaqişənin eskalasiyası gözlənilir.

XS
SM
MD
LG