Accessibility links

Epilepsiya - Yeni araşdırmalar [Video]


Epilepsiya - Yeni araşdırmalar
please wait

No media source currently available

0:00 0:03:27 0:00

Epilepsiya - Yeni araşdırmalar

İnsan beyni və yaddaşla bağlı çox araşdırma aparılıb. Texas ştatının Hyuston şəhər Tibb Mərkəzində işləyən neyro-cərrah Nitin Tendon epilepsiyası olan 26 yaşlı xəstəni müayinə edir. Doktor epilepsiya tutmaları baş verəndə beyindən gələn siqnalları müşahidə etmək üçün Tendon Teyler adlı bu gəncin beyninin üst qatına platindən hazırlanmış elektron cihaz yerləşdirib.
“Beynin itirdiyi funksiyaları bərpa etmək üçün cihazlar hazırlamaq üçün biz əvvəlcə onların ilki mərhələdə necə funksiya göstərdiyini başa düşməliyik.” deyə, doktor Tendon bildirir.

Epilepsiya xəstəliyini araşdırmaq məqsədi ilə aparılan bu testdə Teylor özü iştirak etmək istəyib. “Mən daha çox araşdırmaların müsbət nəticələr verəcəyini və digər insanlara yardım edəcəyini düşünürəm.”

Teylor kimi xəstələr zaman və məkan baxımından yaddaşın beyində yaddaşın formalaşması ilə bağlı araşdırmaların aparılmasına da kömək edir.

Doktor Tendonun beyinlərinə elektrod yerləşdirilmiş xəstələri də olub ki, bu elektrodlar vasitəsilə o, zaman və məkan daxil edilməklə, beyinin məlumatı necə qavradığını müəyyən edə bilib. “Beyində eyni zamanda iki müxtəlif sahə arasında onun eyni hissəsindən gələn müxtəlif siqnallar vasitəsilə əlaqə yaratmaq funksiyası hippocampus tərəfindən həyata keçirilir.”

Beynin aşağı hissəsində yerləşən hippocampus yaddaşın formalaşmasına yardım edir. Bundan sonra isə məlumatlar ayrılaraq, beynin müxtəlif hissələrinə yerləşir.

Doktor Tendon: “Bunu belə izah etmək olar, sizin iki radio-stansiyanız var və bu stansiyalar siqnalları iki müxtəlif qrup dinləyiciyə eyni zamanda çatdırır və eyni zamanda iki müxtəlif dalğadan istifadə edir.”

Kaliforniyanın Devis universitetindən nevroloq Arne Ekstrum informasiya axınının öyrənilməsində tətbiq edilən qrafika texnikasından istifadə etməklə beyində skan vasitəsi əldə edilmiş məlumatları tədqiq edir.

Tendon və onun həmkarları belə araşdırmaları davam etdirmək fikrindədirlər.
Epilepsiya xəstəliyində əsas problem yaddaşın itməsidir. Doktor Tendon belə araşdırmaların epilepsiya xəstələrinə ümid verdiyini deyir. “Biz epilepsiya xəstələrində elektrodlardan istifadə etməklə yaddaş funksiyasının pozulması və hətta normal dinamikanı bütövlüklə bərpa etməyə çalışırıq.”

Doktor Tendon belə nailiyyətlərin bir zamanlar Teylor kimi epilepsiya xəstələrinin yenidən normal həyata dönmələrinə yardın edəcəyinə ümid edir.
XS
SM
MD
LG