Accessibility links

İllərdir ki, tibbi ekspertlər insanlarda fiziki qeyri-fəallığın riskləri ilə bağlı xəbərdarlıq edir. Ümumdünya Səhiyyə Təşkilatının hesabatında deyilir ki, istər inkişaf etmiş, istərsə də inkişaf etməkdə olan ölkələrdə insanlar son zamanlar daha çox oturaq həyat tərzi keçirir. Təşkilat eləcə də, dünya boyu ildə iki milyona qədər insanın oturaq həyat tərzi də daxil edilməklə, fiziki aktivliyin olmaması səbəbindən öldüyünü deyir.

Birləşmiş Ştatlar və Avstraliya təhqiqatçıları gün ərzində həddən çox oturan insanlarda xərçəng, şəkər, ürək-damar xəstəlikləri və yüksək qan təzyiqi risklərinin olduğunu aşkar ediblər.

Kanzaz ştatının İnsan Qidalanması universitetindən dossent Riçard Rozenkranz
Oturaq həyat tərzinin təhlükəli olduğunu deyən təhqiqat qrupunun üzvüdür. “Bütün hallarda deyil, bəzi hallarda oturaq həyat tərzi keçirənlərdə xəstəliklərə tutulma riskinin çox olduğunu gördük, əsasən də diabet xəstəliyinə. Bundan sonra, yüksək qan təzyiqi, ümumiyyətlə bir çox xroniki xəstəliklər” - deyə, Rozenkranz bildirir.

Bu da o deməkdir ki, sağlam qalmaq üçün fiziki aktivliyi artırmaq lazımdır. Rozenkranz təhqiqatların işdə 8 saat oturanlara işə getməzdən əvvəl 30 dəqiqə gəzməyin müsbət təsirlərinin olduğunu göstərdiyini deyir. “Biz təkcə yerimək və ya velosiped sürmək kimi fəallıq deyil, gün ərzində oturmamaq üçün yollar axtarılmasını məsləhət görürük.

Əsasən də yaşlı insanların az aktiv olması, yəni az hərəkət etməsinin, çox oturmasının səbəblərindən də biri texnologiyanın inkişafıdır. Vaxtilə insan tərəfindən görülən fiziki işləri indi maşınlar görür. Ümumiyyətlə bugünkü işlərin demək olar ki, çoxu oturaraq görülür.

Rozenkratz oturaq həyat tərzi keçirən insanlara nə məsləhət görür. “Müxtəlif vasitələrdən istifadə etmək olar. Mən öz şəxsi təcrübəmdən bunu deyə bilərəm, mən oturduğum yerdən 2 saniyə müddətində durur və oturur, müxtəlif hərəkətlər edir, arabir də ayaqüstə işləyirəm” “

Rozenkrtaz deyir ki, xəstəliklərə səbəb olan fiziki aktivliyin azlığı və oturaq həyat tərzi məsələsinə daha geniş perspektivdən baxılmalıdır. “Biz insanların çox oturması səbəbindən səhhətlərini risk qarşısına qoyduqlarını və bunun bizə baha başa gəldiyini, həyat keyfiyyətlərinə mənfi təsir göstərməsinin qarşısını almaq üçün nə isə etməliyik.”

Birləşmiş Ştatlar və Avstraliya alimlərinin araşdırmalarının nəticələri The International Journal of Behavioral Nutrition and Physical Activity jurnakında dərc edilib.
XS
SM
MD
LG