Accessibility links

Nadir əməliyyatlar - Üz transplantasiyası [Video]


Nadir əməliyyatlar - Üz transplantasiyası
please wait

No media source currently available

0:00 0:02:08 0:00

14 il əvvəl Birləşmiş Ştatlarda könüllü yanğınsöndürən yanan evin damının altında qalır və ağır yanıqlar alır. Üzünü tamamilə eybəcər vəziyyətə düşən şəxs görmə qabiliyyətini itirəcəyi barədə xəbərdarlıqdan sonra üz transplantasiyası etməyə razılıq verməli olur.

Avqust ayında Nyu-York universitetinin Tibb Mərkəzində 100-dən çox həkim və tibb heyəti ilə keçirilən əməliyyat 26 saat çəkir.

Əməliyyat 41 yaşlı Patrik Hardisona yeni üz verdi. Ona dəri, qulaqlar, qulaq kanalları qoyuldu, yeni üz sümükləri yerləşdirildi. Ən çətini isə plastik əməliyyatlar üzrə cərrah Eduardo Rodrigezin edəcəyi, xəstənin göz qapaqlarının bərpası idi. “Birincisi, Patrik üzərində aparılan implant əməliyyatlarında göz qapaqlarının qoyulması əsas idi ki, bu, onun görməsinə yardım edəcəkdi. İkinci, bu qədər transplantasiya əvvəllər heç vaxt olmamışdı” deyə, həkim bildirir.

2001-ci ildə Patrik Hardison Tennisi ştatının Memfis şəhərində yanan evə girərkən evin damı uçur və damın altında qalaraq üçüncü dərəcəli yanıq alır. Aparılan 70-dən çox cərrahiyyə əməliyyatından sonra belə, onun üzünü bərpa etmək mümkün olmur. Onda bundan sonra uşaqlarını görə bilməmək qorxusu da var idi.

O, üz hissələrindən istifadə ediləcək donoru bir il gözləməli odur. Nyu-Yorkda velosiped qəzası nəticəsində beyni ölən 26 yaşlı gəncin ailəsi onun üz nahiyəsinin transplantasiya edilməsinə razılıq verir. Uzun, yorucu əməliyyatlardan sonra keçirilən terapiya Patrikə üzünə qoyulan yeni hissələrin bərpa edilməsinə yardım edir. “Mən düşünmürəm ki, bunu bir də edə bilərdim” deyə, patrik bildirir.

Üz transplantasiyasından sonra adi hal olan yeni toxumaların rədd edilməyəcəyinə əmin olmaq üçün Patrik xəstəxanada saxlanır.

Əməliyyata rəhbərlik edən Rodriqez üz transplantasiyasının nadir hallarda həyata keçirildiyini, lakin İraq və Əfqanıstan müharibəlrində üzləri xəsarət alan əsgərlərin sayının artması ilə əməliyyatın bu növünü daha çox müraciət ediliyini deyir.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG