Accessibility links

Ürək-damar xəstəlikləri VİDEO


Ürək-damar xəstəlikləri
please wait

No media source currently available

0:00 0:03:35 0:00
Dünyada 60 yaşlarında kişi və qadın arasında ölümə ən çox səbəb olan xəstəlik ürək-damar xəstəlikləridir.

Barbara Tanın infarkt keçirəcəyi heç kəsin ağlına gəlməzdi. Onda nə köklük problem var idi, nə də siqaret çəkirdi. Lakin o, idmanla məşğul olmurdu.
Barbara deyir ki, 2004-cü ildə onun 49 yaşı təzəcə tamam olmuşdu və o, Çikaqoya işlə bağlı ezamiyyətə gedən zaman ağır infarkt keçirmişdi.

Bundan sonra Barbaranın həyatı tamamilə dəyişdi. İndi o, hər gün idmanla məşğul olur və ürəyini nəzarət altında saxlayır. Barbara ürək problemi olan qadınların “Bacıdan bacıya” təşkilatının yığıncağına gedir. Təşkilatın direktoru Süzan Qorli bunun çox vacib olduğunu deyir. “Qadınların ölümünə səbəb olan ürək xəstəliklərinin qarşısını 82 faiz almaq olur” – deyə, Süzan bildirir.

Ürək-damar xəstəlikləri çox sayda kişinin də ölümünə səbəb ölür. Ümumdünya Səhiyyə Təşkilatının hesabatında deyilir ki, başqa xəstəliklərlə müqayisədə dünyada ürək-damar xəstəlikləri səbəbindən ölənlərin sayı daha çoxdur. Təşkilat ürək xəstəliklərindən ölənlərin 60 faizinin orta və az gəlirli ölkələrdən olduğunu və xəstəlik hallarının artdığını bildirir.

“Ürək, Ciyər və Qan” institutunda həkim Patris Deyvin-Nikens sağlam qalmağın açarının insanın özünün əlində olduğunu deyir. “Siz çəkinizə, qanınızdakı xolesterola və şəkərin miqdarına, qan təzyiqinizə nəzarət etsəniz, xəstələnmək riskiniz az olar”.

O, sağlam həyat tərzinin ürək xəstəliklərinin qarşısını ala biləcəyini deyir. “Bu sadə bir addımdır. Siqaret çəkməmək, çəkini lazımi səviyədə saxlamaq, idmanla məşğul olmaq və ürək həkiminə müraciət etmək.”

Vaşinqtonun Medstar xəstəxanasında həkim Mişel Magi afrikalı-amerikalıların ürək xəstəliklərinə tutulma riskinin daha yüksək olduğunu deyir. “Həkimin nəzarət etmədiyi gipertoniya halları, ümumiyyətlə gipertoniyanın aşkar edilmədiyi, yəni insanların heç problemdən xəbəri olmadığı hallar mövcuddur. Bu da infarkt və insult riskinin artmasına səbəb olur.”

ABŞ paytaxtı Vaşinqtondakı Medstar Mərkəzi ürək-damar xəstəliyi olan insanların sayını öyrənmək məqsədi ilə “Vaşinqton bərbərxanası “adlı proqram hazırlayıb. Bu proqrama əsasən məhəllələrdəki bərbərlər müştəriləri ilə təmasda olur və onların səhhəti barədə məlumat alır. Bu isə cəmiyyətdə insanların sağlamlığının nəzarət altında saxlanmasına, ən azından qan təzyiqinin nəzarət alıtında saxlanmasına yardım edir.

Bu kimi proqramlar insanlara xəstəlik riski qarşısında olduqlarını anlamağa imkan yaradır və onlar çəkilərinə fikir vermək, sağlam qidalanmaq, idmanla məşğul olmaq və həkimlə təmasda olmasına yardım göstərir.
XS
SM
MD
LG