Accessibility links

2016-cı ildə dünya boyu 6 milyona qədər uşaq ölüb [Video]


Ana və döğulan körpənin həyatı təhlükədə olan 9 ölkə onların yaşama şansını artırmağa çalışır. İkisi Asiya, yeddisi isə Səhraaltı Afrika ölkələri həmilə qadın və onların körpələrinın sağlamlığı üçün qayğını artırmaq qərarına gəlib.

Adətən doğuş otağından körpələrin ağlamaq səsi gəlir. Bu o deməkdir ki, körpə nəfəs alır. Əgər körpənin nəfəs borusuna maye dolubsa, bilikli tibb işçiləri borunu təmizləyir və körpəni ölümdən xilas edir.

İşıq və su olan səhiyyə ocaqlarında isə təkimlər və tibb işçiləri doğuşdan sonra çox miqdarda qan itirən qadına qan köçürməklə, onun həyatını qurtarır. Onlar ana və körpənin həyatını xilas etmək üçün bəzən doğuşu qeysər kəsiyi yolu ilə də həyata keçirir.

2016-cı ilə 6 milyona qədər 5 yaşından aşağı uşaq ölüb

Bəzi ölkələrin xəstəxanalarında ana və körpənin həyatını xilas etmək üçün elektrik və su, bəzən də yaxşı təlim keçmiş tibb işçiləri və mamalar yoxdur.

“Bizdəki məlumatlara görə 2016-cı ildə 6 milyona qədər 5 yaşından aşağı uşaq ölüb. 300 minə qədər qadın isə doğuş fəsadları səbəbindən dünyasını dəyişib” deyə, doktor Flaviya Bustreo bildirir.

Doktor Bustreo Dünya Səhiyyə Təşkilatı, UNİCEF, Asiya və Afrikanın 9 ölkəsi ilə birlikdə ana, körpə və uşaqların sağlamlığı ilə məşğul olan komanda yaradıb. Qrup ananı hamiləlik dövründə, sonra isə körpələri ilə birlikdə nəzarətdə saxlayır və yardım göstərir.

Doktor Bustreo deyir ki, qadınlar üçün ən böyük təhlükə doğuş zamanı, körpələr üçün isə təhlükə doğuşdan sonrakı bir neçə gündür. Bu təhlükə ilə mübarizə üçün hər ölkənin özünün planı var. Əsas məqsəd isə ana və körpə ölümlərinin qarşısını almaqdır.

XS
SM
MD
LG