Accessibility links

İynəsiz peyvəndlər (Video)


İynəsiz peyvənd tibb dünyasının ən böyük arzularından idi. İnkişaf etmiş ölkələrin sakinləri üçün peyvənd adi həbb qəbul etmək kimi sadədır. Bu o deməkdir ki, inkişaf etməkdə olan ölkələrdə və ya ucqar kəndlərdə insanlar peyvəndi həkimin, tibb bacısının yardımı olmadan qəbul edə biləcək. Beləliklə, iynəsiz peyvənd dünyanı dəyişə bilər.

Hazırda peyvəndi belə edirlər. Yazıq uşaq… Lakin yaxın gələcəkdə Selikli kapsullar olacaq.

Bu peyvəndlər ağızla qəbul ediləcək. Kapsul ağıza sıxılacaq, bu zaman dərman dəriyə və selik hüceyrələrinə daxil olacaq. Beləliklə, iynəyə ehtiyac qalmayacaq. Berkli universitetindən Niren Mörfi: “Beləliklə, dərmanlar kapsulla qəbul ediləcək. Dərmanlar super sürət təsirinə malikdir. Bu sürət dərmanın epitelial hüceyrələrə keçməsini təmin edir. Dərman selik vasitəsi ilə də bədənə sorulur. Bir və ya iki maneədən sonra zülllar əmələ gətirir."

Yəni texnologoya sizin peyvəndləri həkiminizdən alıb, evə aparmanıza yardım edəcək. Həkimə və ya tibb işçilərinə əli çatmayan insanlar bunu yerindəcə, həkimin müdaxiləsi olmadan edə biləcək.

“Əsasən də kənd yerləri olmaqla, yaxşı olardı ki, bu peyvənbdlər insanlara paylanaydı. Eləcə də körpələrinə peyvənd olunmalı olan valideynlərə. Yəni insanlar heç yerə getmədən, bunu evdə özləri, həkimsiz edə bilər” deyə, Berkli universitetindən Dorian Lipmen bildirir.

Araşdırmalar hələlik ilkin mərhələsindədir. Lakin dovşanlar kimi məməlilər üzərində aparılan tədqiqatlar nailiyyətlə başa çatıb. İndi isə növbə insanlardadır. Bunun insanlara necə təsir edəcəyini yoxlamaq gərəkdir.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG