Accessibility links

Xəstəliklərə Nəzarət Mərkəzi: Orta ömür uzunluğu azalır [Video]


Birləşmiş Ştatların Xəstəliklərə Nəzarət Mərkəzi orta ömür uzunluğunun azaldığını bildirib. Mərkəzin direktoru, doktor Tom Friden bunun nə ilə bağlı olduğunu başa salır.

Valideynlərin çoxu evladlarının uzun və xoşbəxt ömür sürəcəklərini arzu edir. 1950-ci illərdən bəri amerikalıların yaşı təxminən 68 ildən 78-il 10 aya uzanıb. Lakin Xəstəliklərə Nəzarət Mərkəzlərinin son hesabatında bu göstəricinin bir ay azaldığı deyilir.

“Uzunömürlülüyə gəldikdə, bu rəqəm ildən ilə dəyişir. Lakin biz urək tutmaları və insult kimi xəstəliklərin də sabitləşdiyini görürük” deyə, doktor Tom Friden bildirir.

Lakin doktor Friden ömürlərin qısalmasının başqa bir faktoru olduğunu da deyir. “Biz opioidlərdən çox istifadənin də ölüm hallarını artırdığını görürük.”

Xəstəliklərə Nəzarət Mərkəzləri son 20 ildə reseptlə verilən opioidlər səbəbindən ölənlərin sayı 4 dəfə artıb. 1999-cu ildən bəri Birləşmiş Ştatlarda reseptlə verilən opioidlərdən artıü dozada istifadə edilməsi səbəbindən 183 mindən çox insan dünyasını dəyişib. Reseptlə verilən, opioidlərə aludəlik insanları daha ucuz heroinə yönəldib.

Xəstəliklərə Nəzarət Mərkəzinin hesabatında son on ildə heroinə aludələrin sayının iki dəfədən çox artdığı və bu səbəbdən ölənlərin də sayının artdığı deyilir. “Bunun qarşısını almaq üçün biz həm ağrıların azadılması, həm də aludəliyi idarəetməni təkmilləşdirməli, hüquq-mühafizə orqanları qeyri-qanuni narkotik maddələrin yayılmasının qarşısını almalı və bahalaşdırmalıdır.”

Dünya Səhiyyə Təşkilatı reseptlə verilən opioidlərə aludəliyin də dünya boyu artdığını deyir. Bir çox ölkədə ömürlərin uzanmasına baxmayaraq, 1980-ci illərdən bəri artıqçəkililik problem də iki dəfə artıb. Bu isə iflic və örək tutmalarına səbəb olur.

XS
SM
MD
LG