Accessibility links

Yaşlı insanların zehnini gücləndirmək mümkündür [Video]


Zehni stimullaşdırma yaşlı insanlarda belə beynin funksiyasını gücləndirə bilər. Arizona ştatının Mayo klinikasında aparılan araşdırmaların nəticələri yüngül Demensiya (yüngül əqli çatışmazlıq) probleminin aradan qaldırıla biləcəyini göstərib.

İdman, tapmacalar, ünsiyyət - tədqiqatçılar yaşlı insanların demensiyadan xilas olmaq üçün bunlardan istifadə etməli olduqları qənaətinə gəlib. Bəzi tədqiqatlarda diqqət fiziki aktivliyə yönəlib. İdman beynə qan axınını yaxşılaşdırır, bu isə insana həm fiziki, həm də zehni cəhətdən müsbət təsir edir.

Digər tədqiqatlarda isə diqqət əqli fəaliyyətə yönəlib. Mayo klinikasının alimləri yaşlı insanlarda MCİ kimi tanınan yüngül zehni problemlərin qarşısını almaq məqsədilə beyini stimullaşdıran fəaliyyətlərə nəzər salıb.

MCİ insanın gündəlik həyatına mane olmur, lakin bu xəstəlik gələcəkdə Altsgeymer xəstəliyinə yol aça bilir. “Bu araşdırmalar çox mühümdür, çünki biz yaşa dolduqca Demensiya, yəni MCİ riski də artır. Bizə bu xəstəliyin qarşısını almaq üçün qeyri-farmakoloji yollar axtarmaq lazımdır” deyə, doktor Yonas Geda bildirir.

Mayo klinikasının psixiatoru və 70 və daha yuxarı yaşlardakı 2 min sağlam insan üzərində aparılan araşdırmaların həm-müəllifi Yonas Geda kompüter oyunları, əl işləri və ünsiyyətin yüngül əqli problemlərə yardım etdiyini deyir.

Alimlər bu kimi fəaliyyətlərin hətta həyatın sonunda belə insanları Dimensiyadan xilas etdiyini deyir. Olanların yalnız 15 faizində MCİ qeydə alınıb.

Əqli fəaliyyət gündəlik məcburi iş olmamalıdır. Həftədə 2-3 dəfə beyin idmanı xəstəlik riskini azalda bilər.

XS
SM
MD
LG