Accessibility links

Duz - Ağ zəhər [Video]


Dünya boyu hətta inkişaf etməkdə olan ölkələrdə belə yüksək qan təzyiqinin əsas faktor olduğu ürək-damar xəstəlikləri insan ölümünün əsas səbəblərindən biridir. Duzdan çox istifadə qan təzyiqinin yüksəlməsinə, insult və ürək xəstəliklərinə səbəb olur.

Keniyadakı Veil Kornel Tibb Mərkəzinin tədqiqatçıları Böyük Səhraaltı ölkələrdə yüksək qan təzyiqi probleminin sürətlə artdığını deyirlər. Bu problem o qədər ciddi şəkil alıb ki, Amerikanın Pan-Amerikan Sağlamlıq Təşkilatı “SaltSmart” proqramına başlayıb. Branka Legetik bu proqramın koordinatorlarındandır:
“Yüksək qan təzyiqi bütün dünyada böyük problemə çevrilib. Yoluxucu olmayan bu xəstəlik bir çox xəstəliyin yaranması üçün başlıca risklərdən biridir.”

Legetik deyir ki, insanların çoxu tərkibində kimyəvi maddələr və soda olan duzdan istifadə etdiklərini bilmir. Dünya Səhiyyə Təşkilatı gün ərzində hər adamın 5 qramdan çox olmayaraq, yəni bir çay qaşığı duzdan istifadə etməsini tövsiyə edir. “SaltSmart” proqramının məqsədi 2020-ci ilə qədər hər bir insanın duzdan istifadəsini yarıya endirməkdir.

“Biz bilirik ki, hazırda hər insan 10, 11, 17 qram duzdan istifadə edir. Karib dənizi ölkələrində isə insanlar duzdan 2-3 dəfə artıq istifadə edir.” - deyə, Branka Legetik bildirir.

Birləşmiş Ştatlarda hökumətin sponsorluq etdiyi “Milyonlarla Ürək” proqramının məqsədi 2017-ci ilədək bir milyon insanı infarkt və iflicdən qorumaqdan ibarətdir. Canet Rayt bu proqramın icraedici direktorudur: “Bunu biz hər birimiz etməliyik. Fikrimcə, bizim çoxumuzda ürək problemi var. Bu xəstəlik bir nömrəli qatildir, hər üç ölüm halından biri ürək xəstəliyi əlaqədardır.”

Rayt sadə yollarla da bu xəstəliyin qarşısının alına biləcəyini deyir. “Bunu meyvə və tərəvəzdən istifadə etməklə, həftə ərzində 150 dəqiqədən çox idmanla məşğul olmaqla etmək olar. Bu həm də o deməkdir ki, həkimin yazdığı dərmanlardan istifadəni davam etdirməlisiniz .”

Rayt deyir ki, dərmanın bir gün ötürülməsi ürək, böyrək, gözlər və qan damarlarına təsir göstərir.

Branka Legetik emal edilmiş ərzaqda duz çox olduğu üçün sağlam yeməyə üstünlük verilməli olduğunu deyir. “Mənim fikrimcə insanlar nə qədər və nə yediklərinə fikir verməlidirlər. Onlar daha çox təzə məhsul yeməlidirlər.”

Pan Amerikan Sağlamlıq Təşkilatı ərzaq məhsulları istehsal edən şirkətlərlə düzdan istifadənin azaldılması məqsədilə iş aparır.
XS
SM
MD
LG