Accessibility links

Xəstəliklərə Nəzarət Mərkəzi: Orta ömür uzunluğu səviyyəsi enir


Birləşmiş Ştatların Xəstəliklərə Nəzarət Mərkəzi orta ömür uzunluğu səviyyəsinin endiyini bildirib. Mərkəzin direktoru, doktor Tom Friden bu tendensiyanın nə ilə əlaqədar olduğunu izah edir.

Valideynlərin çoxu övladlarının uzun və xoşbəxt ömür sürəcəklərini arzu edir. 1950-ci illərdən bəri amerikalılar arasında uzun ömürlülük səviyyəsi təxminən 68 ildən 78 il 10 aya qədər artıb. Lakin Xəstəliklərə Nəzarət Mərkəzinin son hesabatında bu göstəricinin bir ay azaldığı deyilir.

“Uzunömürlülüyə gəldikdə, bu rəqəm ildən ilə dəyişir. Lakin biz uzun müddətdir urək tutmaları və insult kimi xəstəliklərin azalması hallarının sabitləşdiyini görürük” deyə, Xəstəliklərə Nəzarət Mərkəzindən doktor Tom Friden bildirir.

Lakin doktor Friden ömür uzunluğu səviyyəsinin azalmasının başqa bir faktoru olduğunu da deyir. “Biz opioidlərdən çox istifadənin də ölüm hallarının artmasına gətirib çıxardığını görürük.”

Xəstəliklərə Nəzarət Mərkəzi son 20 ildə reseptlə verilən opioidlərdən istifadə səbəbi ilə ölənlərin sayının 4 dəfə artdığını bildirib. 1999-cu ildən bəri Birləşmiş Ştatlarda reseptlə verilən opioidlərdən artıq dozada istifadə edilməsi səbəbindən 183 mindən çox insan dünyasını dəyişib. Reseptlə verilən opioidlərə aludəlik insanların daha ucuz heroinə üz tutmadsına səbəb olub.

Xəstəliklərə Nəzarət Mərkəzinin hesabatında son on ildə heroinə aludə olanların sayının iki dəfədən çox və bu səbəbdən ölənlərin də sayının artdığı deyilir. “Bunun qarşısını almaq üçün biz həm ağrıların azadılması, həm də aludəçiliyi idarəetməni təkmilləşdirməliyik. Hüquq-mühafizə orqanları qeyri-qanuni narkotik maddələrin yayılmasının qarşısını almalıdır və onlar bahalaşdırmalıdır.”

Ümumünya Səhiyyə Təşkilatı reseptlə verilən opioidlərə aludəçiliyin də dünya boyu artdığını bildirir. Bir çox ölkədə ömür uzunluğunun artmasına baxmayaraq, 1980-ci illərdən bəri artıq çəki problemin də iki dəfə artdığı müşahidə edilir. Bu isə iflic və örək tutma kimi xəstəliklərə səbəb olur.

XS
SM
MD
LG