Accessibility links

Həbib Müntəzir: Qohumlarımdan imtina etmişəm


Habib Muntezir
Habib Muntezir

İyunun 8-də doğulub-böyüdüyüm evə gedib, bibimi, əmilərimi dindiriblər. Bu gün də dayılarımı aparıblar. Bir neçə mənimlə dost olanları sorğulayıblar. Mənə görə qohumlarıma təzyiq etməyə, məni dostlarımla qorxutmağa çalışırlar. Bu barədə bloger Həbib Müntəzir facebook səhifəsində yazıb.

Həbib Müntəzir Berlində yaşayır, mühacirdir. O, prezident İlham Əliyevin ötən həftə Almaniyaya səfəri zamanı iqamətgahının qarşısında uca səslə “Siyasi məhbusları azad et!” “İlqar Məmmədovu azad et! Seymur Həzini azad et!” və digər şüarlar səsləndirib.

“İndidən bəyan edirəm, mənim heç bir qohumumla əlaqəm yoxdur, hamısından imtina etmişəm”, o qeyd edib.

O bildirib ki, haqsızlığa, ədalətsizliyə qarşı olan mübarizəsini bundan sonra da davam etdirəcək.

“Qəhrəman filan deyiləm, olmaq məqsədim də yoxdur. Etdiyim hər bir hərəkət vətəndaş mövqeyimdir”, Müntəzir yazır.

Bununla yanaşı, Həbib Münttəzir qohumlarının hansı orqan tərəfindən təzyiqə məruz qaldığını yazmır.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG