Accessibility links

Kamandar Nəsibov: Bəlkə, bir 20-30 nəfər həbs edilib... [Audio-Müsahibə]


Vəkil Nizami Piriyev və Adil Hüseynovun ittihamları qəbul etmədiklərini bildirir.

Bu il mayın 12-də həbs edilən Nizami Piriyev və mayın 15-dən həbsdə olan Adil Hüseynovun vəkili Kamandar Nəsibov Ameriksanın Səsinə müsahibəsində hər iki şəxsin ittihamları qəbul etmədiyini bildirib.

Nizami Piriyev və Adil Hüseynov barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.

N. Piriyev “PNN Group” şirkətinin təsisçilərindəndir. “PNN Group” şirkətinin əsas aktivləri neft kimyası sənayesində və metanol istehsalı sahəsində fəaliyyət göstərən “AzMeCo” şirkətindədir. “PNN Group” “De Beers” və “Hamley's” brendlərinin tərəfdaşıdır. Nizami Piriyev Azərbaycanda “KFC” restoranlar şəbəkəsinin də qurucularındandır. “PNN Group”un digər sahibi onun oğlu Nəsib Piriyevdir.

Adil Hüseynov isə Azərbaycan Beynəlxalq Bankının Dubaydakı nümayəndəsi olub.

Kamandar Nəsibovla müsahibə
please wait

No media source currently available

0:00 0:05:11 0:00

Amerikanın Səsi: Nizami Piriyevlə, Adil Hüseynovun vəziyyəti necədir? Onlara hansı maddələrlə cinayət işi qaldırıblar?

Kamandar Nəsibov: Maddələr hamıda eynidir, - 178.3.2-dir (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə).

Amerikanın Səsi: Nizami Piriyevin oğlu barədə axtrış elan ediblər?

Kamandar Nəsibov: Yox, elə bir axtarış olduğunu eşitməmişəm.

Amerikanın Səsi: Ümimilikdə neçə nəfər həbs edilib?

Kamandar Nəsibov: Nə bilim, bəlkə bir 20-30 nəfər, dəqiq deyə bilmərəm.

Amerikanın Səsi: Bunlara qarşı işgəncə ilə bağlı deyilənlər təsdiq olunmadı?

Kamandar Nəsibov: Onu nə deyə bilərəm hə, nə deyə bilərəm yox. Bu gün mən onunla görüşdüm (Nizami Piriyevi nəzərdə tutur-red) dedi ki, heç nə yoxdur.

Amerikanın Səsi: Özü dedi?

Kamandar Nəsibov: Bəli, bəli, yanımda idi. Dedi ki, hər şey normaldır, araşdırırlar, yəni ki, bu yaxın günlərdə bir nəticə çıxacaq. Məsələni həll edəcəm.

Amerikanın Səsi: Piriyev ittihamı qəbul edir?

Kamandar Nəsibov: Yox, qəbul etmir. Çünki bu yeməyib, mənimsəməyib.

Amerikanın Səsi: Öhdəliklərini (kredit öhdəlikləri) yerinə yetirib?

Bu birinci dəfədir ki, mən görürəm ki, kredit alanların hamısına desinlər ki, dələduzdur.

Kamandar Nəsibov: Öhdəlikləri hələ gedirdi. Vaxtları da var idi. Onlar mülki münasibətdir. Söhbət ondan gedir ki, bu birinci dəfədir ki, mən görürəm ki, rus demişkən poqolovna (hamıya-red) kredit alanların hamısına desinlər ki, dələduzdur. Bu düzgün deyil. Çünki, mülki münasibətdir, müqavilə ilə bağlı adi məsələni götürün, adam gedir ev almaq üçün kredit götürür, sabah problem olanda, ödəmə məsələsində bir az gecikəndə cərimə olur, cərimə məsələsi həll olunmayanda mülki qaydada pretenziya (irad-red) göndərirlər. Ondan sonra da verirlər məhkəməyə, giriov məsələsi var, girova yönəldirlər. Qiymətləndirirlər, hərraca çıxarırlar, ya da bu məsələlər özlərinə təslim olunur. Bu sırf mülki münasibətdir.

Amerikanın Səsi: İndi hansı hərəkət edəcəksiniz? Məhkəməyə müraciət edəcəksiniz?

Kamandar Nəsibov: Hələ ittihamdan başqa konkret addım atılmayıb ki, bir hərəkət də oluna. Söhbət ondan gedir ki, Muxtar müəllim də (Nizami Piriyevin digər vəkili) yazıb, Piriyevin hərəkətlərində cinayət əməli yoxdur. Bu adam heç kimin etibarından sui-istifadə etməyib. Bu məsələ ilə bağl kiminsə etibarından sui-istifadə etməyib, mənimsəmə yoxdur.

Amerikanın Səsi: Adil Hüseynov da belədir?

Kamandar Nəsibov: Əlbəttə, Adil Hüseynovun orada nəzarət etdiyi, belə deyək şifahi qaydada ona deyirdilər ki, orada Beynəlxaql Bankın nümayəndəsi idi, Dubayda. Konkret olaraq orada tikintilər getdiyi üçün ona Beynəlxalq Bankın rəhbəri tərəfindən tapşırılmışdı ki, həmin tikinti ilə bağlı köçürülən məbləğlərin təyinatı üzrə nəzarət etmək. Sadəcə nəzarət etmək, çünki bu əlində saxlamayıb, gözü ilə görməyib. Kağıza baxırdı ki, hara gedir, hara köçürülür. Avadanlıq alınmasıdır və sair məsələlər.

Amerikanın Səsi: Tikintini kim aparırmış?

Həmin iki zavoddan biri, - tekstil zavodu artıq üç ilə yaxındır fəaliyyət göstərir. Həmin zavodun açılışında Beynəlxalq Bankın rəhbəri, Dubay şeyxi, kral (Birləşmiş Ərəb Əmirliklərinin kralı-red), kralın ailəsi, Azərbaycanın vergi nümayəndələri iştirak edib.

Kamandar Nəsibov: Tikintini orada podaratçiklər (icraçıları-red) var idi, cürbəcür təşkilatlar var idi. Orada olan işlərdir. Adil Hüseynovla bağlı əlavə bir məsləni də deyim ki, söhbət ondan gedir ki, həmin iki zavoddan biri, - tekstil zavodu artıq üç ilə yaxındır fəaliyyət göstərir. Həmin zavodun açılışında Beynəlxalq Bankın rəhbəri, Dubay şeyxi, kral (Birləşmiş Ərəb Əmirliklərinin kralı-red), kralın ailəsi, Azərbaycanın vergi nümayəndələri iştirak edib. Hazırda saytına baxsanız, görərsiniz ki, müasir avadanlıqlarla təchiz olunmuş müasir fabrikadır. Eyni şəkildə metalqayırma zavodu da var idi. Orada armatur, digər dəmir məmulatları buraxacaqdılar. Bu tam hazır vəziyyətdə olan kimi dayandırdılar. Üç ay bundan öncə dayandırdılar. Yüzdən çox işçilərini Beynəlxalq Bankın göstərişi ilə işdən azad etdilər. Hazırda 10-15 nəfər texniki işçilər qalıb, onların da bu ay maaşları ödənilməyib. Zavodun kommunal xərcləri (elektrik və digər) qalıb, ödənilməyib, ötən ayın borcları qalıb. Bir ay da belə getsə zavod lap pis vəziyyətə düşəcək. Ötən il üçün zavodun 150 milyon qiyməti var idisə, bir ay keçsə heç onu yarı qiymətinə almayacaqlar.

Amerikanın Səsi: Zavodlar Beynəlxalq Bankın mülkiyyəti idi?

Kamandar Nəsibov: Beynəlxalq Bankın buraxdığı vəsait əsasında tuikilirdi. İndi kimindir? Orada bəzi-bəzi şirkətlər var, onların xarici təsisçiləri də, yerli təsisçiləri də var. Onu Beynəlxalq Bankın rəhbəri daha yaxşı bilər.

Amerikanın Səsi: Cahangir Hacıyev (Beynəlxalq Bankın İdarə heyətinin sabiq sədri) istintaqa dəvət edilib?

Kamandar Nəsibov: Bilmirəm.

Amerikanın Səsi: Üzləşmə olmayıb?

Klamandar Nəsibov: Yox. Üzləşmə-zad olmayıb. Biznən bağlı heç bir hərəkət olmayıb. Ona görə də bilmirəm. Dəvət olunub-olunmayıb, cəlb olunub-olunmayıb, deyə bilmərəm.

Amerikanın Səsi: Bir də bu işgəncə ilə bağı, siz Piiyevin bədənində işgəncə izləri müşahidə etmədiniz?

Kamandar Nəsibov: Mən onun bədəninə baxmamışam. Özündən soruşdum, dedim hər şey normaldır? Dedi bəli. Amma, nə olub, nə olmayıb onu deyə bilmərəm.

Dünyaya Baxış

Dünyaya Baxış. Trampın ilk keçmiş ABŞ prezidenti kimi cinayət məhkəməsi başlayıb
please wait

No media source currently available

0:00 0:12:13 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG