Accessibility links

Facebook istifadəçisi Rəşad Ramazanov 9 il azadlıqdan məhrum edilib


Həbs

Həbs

Noyabrın 13-də Bakı Ağır Cinayətlər Məhkəməsində qanunsuz narkotik satışında ittiham olunan bloger Rəşad Ramazanovun (Rəşad Ağaaddin) işi üzrə proses yekunlaşıb.

Məhkəmə onu Cinayət Məcəlləsinin (CM-in) 234.4.3-cü (böyük miqdarda qanunsuz narkotik saxlamaq və satmaq) maddəsi ilə təqsirli bilərək, 9 il müddətinə azadlıqdan məhrum edib.

Ramazanov ittihamı rədd edib və facebook.comsosial şəbəkəsində tənqidi yazılarına görə siyasi motivlərlə təqib olunduğunu bildirib.

Onun vəkili Azər Nağıyev də ittiham tərəfin Ramazanovun təqsirini sübuta yetirmədiyini bildirib.

Vəkilin sözlərinə görə, bütün ittiham polislərin iddiaları üzərində qurulub.

Bu zaman Nağıyev Ramazanov həqiqətən narkotik vasitələrə malikdirsə, istintaqın bu vasitələrin mənbəyini müəyyən etmədiyinə diqqət çəkib.

Bloger mayın 9-da metronun “20 yanvar” stansiyası yaxınlığında saxlanılıb. Polisin iddiasına görə, onun üzərində 9 qr heroinaşkar edilib.

Lakin Ramazanov özü bu ittihamı təkzib edərək, siyasi motivlərlə üzərinə narkotik atıldığını bəyan edib. Bloger facebook-da Azərbaycan hakimiyyətinin ünvanına kəskin tənqidləri ilə məşhurdur.

O, öz facebook səhifəsində (Rashad Heqiqet Ağaaddin) din, azadlıq və ədalət mövzularında statuslar və məqalələr yerləşdirirdi.

Xüsusən, o, İlham Əliyevin üçüncü dəfə prezidentliyə namizədliyinin irəli sürülməsi ilə bağlı istehza edərək, onun Ginnesin rekordlar kitabına daxil olmaq istədiyini qeyd edirdi.

O, Azərbaycan hakimiyyətini “şeytan Əliyev rejimi” adlandırır.

Həbsindən sonra o,qanuna zidd olaraq 10 gün ərzində DİN MCMBİ-də saxlanılıb və yalnız hüquq müdafiəçilərinin və mətbuatın müdaxiləsindən sonra Penitensiar Xidmətin istintaq təcridxanasına köçürülüb
XS
SM
MD
LG