Accessibility links

Ağaverdi Ruşanov polisə müqavimət göstərməkdə ittiham olunub

Martın 5-də səhər saatlarında AXCP-nin Sabunçu rayon təşkilatının fəalı Ağaverdi Ruşanov saxlanıb.

AXCP sədrinin müavini Gözəl Bayramlı Amerikanın Səsinə bildirib ki, Ağaverdi Ruşanov əvvəlcə Sabunçu rayon Polis İdarəsinə aparılıb və sonra polisə müqavimət ittihamı əsasında məhkəmənin qərarı ilə 20 sutka inzibati qaydada həbs edilib.

Ağaverdi Ruşanov fevralın 26-da Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilərkən polislə insidentdən sonra həbs edilib.
XS
SM
MD
LG