Accessibility links

“Parabank”in vəzifəli şəxlərinin işi məhkəməyə göndərilib


Ədalət çəkici
Ədalət çəkici

İstintaq Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılıb

“Parabank” ASC-nin Nizami filialının vəzifəli şəxsləri barəsində cinayət işi baxılması üçün məhkəməyə göndərilib. Baş Prokurorluğunun mətbuat xidmətinin məlumatına görə istintaq Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılıb.

Məlumata görə aparılmış istintaqla cəmiyyətin Nizami filialının kredit mütəxəssisləri Orxan Uğurluzadə və Toğrul Mirzəzadənin tanışları Əfqan Vəliyev və Seymur Abdullayevlə vəzifə səlahiyyətlərindən sui-istifadə edib aldatma yolu ilə 228 şəxsə kreditlərin ayrılmasına nail olaraq ümumilikdə 127 min 804 manat məbləğində banka məxsus külli miqdarda əmlakı ələ keçirməklə “Parabank” ASC-nin qanunla qorunan mənafelərinə mühüm zərər vurublar.

Orxan Uğurluzadəyə Cinayət Məcəlləsinin 178.3.2 (qulluq mövqeyindən istifadə etməklə dələduzluq), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələrində nəzərdə tutulan ittiham elan edilməklə barəsində həbs, Toğrul Mirzəzadəyə həmin məcəllənin 178.3.2 və 313-cü, Seymur Abdullayevə 178.3.2-ci, Əfqan Vəliyevə isə 178.2.1 və 178.2.4-cü maddələrində nəzərdə tutulan ittiham elan edilməklə barələrində həbslə bağlı olmayan digər qətimkan tədbiri seçilib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG