Accessibility links

Seysmoloji məsələlər üzrə ekspert Elçin Xəlilov həbs edilib


Müdafiə Nazirliyinin Elmi-Tədqiqat Mərkəzinin keçmiş rəisi, seysmoloji məsələlər üzrə ekspert Elçin Xəlilov
Müdafiə Nazirliyinin Elmi-Tədqiqat Mərkəzinin keçmiş rəisi, seysmoloji məsələlər üzrə ekspert Elçin Xəlilov

İstintaq müəyyən edib ki, o vəzifə səlahiyyətlərini aşmaqla külli miqdarda dövlət əmlakını talayıb

Müdafiə Nazirliyinin Elmi-Tədqiqat Mərkəzinin keçmiş rəisi, seysmoloji məsələlər üzrə ekspert Elçin Xəlilov həbs edilib.

Hərbi Prokurorluğun mətbuat xidmətindən Amerikanın Səsinə verilən məlumata görə Elçin Xəlilovun işlədiyi müddətdə ciddi qanun pozuntularına yol verməsi aşkar edilib.

Cinayət Məcəlləsinin «vəzifə səlahiyyətlərindən istifadə etmə» və «mənimsəmə və ya israf etmə» maddələri ilə təqsirləndirilən keçmiş idarə rəisi barəsində üç aylıq həbs-qətimkan tədbiri seçilib.

Aparılmış istintaqla müəyyən edilib ki, Elçin Xəlilov Müdafiə Nazirliyinin Elmi-Tədqiqat Mərkəzinə rəhbərlik etdiyi müddət ərzində vəzifə səlahiyyətlərini aşmaqla külli miqdarda dövlət əmlakını talayıb.

Hələ ki, Elçin Xəlilovun hüquqlarını müdafiəçisinin mövqeyini öyrənmək mümkün olmayıb. Günahı sübut olunarsa, o 7 ildən 12 ilədək azadlıqdan məhrum edilə bilər.

Hazırda həmin cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.
Ötən həftə isə Hərbi Dəniz Qüvvələri komandanı, vitse-admiral həbs edilib.
XS
SM
MD
LG