Accessibility links

“Royalbank”ın filial rəhbərinə cinayət işi qaldırılıb


Royalbank” Açıq Səhmdar Cəmiyyətinin filiali
Royalbank” Açıq Səhmdar Cəmiyyətinin filiali

Prokurorluq filial rəhbərinin Bakı sakininin 120 min manatını ələ keçirdiyini deyir

«Royalbank” Açıq Tipli Səhmdar Cəmiyyətinin filial rəhbərinə qarşı cinayət işi başlayıb

Baş Prokurorluğunun mətbuat xidmətinin məlumatına Baş Prokuiror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılmış araşdırma nəticəsində cəmiyyətin 5 saylı filialının müdiri Natiq Bayramovun qulluq mövqeyindən istifadə etməklə bankda depozit hesabına yerləşdirmək adı altında Bakı şəhər sakinindən aldığı 120 min manat məbləğində pul vəsaitini rəsmi sənədlərin məzmununa bilə-bilə yalan məlumatlar əlavə edərək aldatma yolu ilə ələ keçirməsində şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq davam etdirilir.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG