Accessibility links

Prokuror Əbdül Əbilova 6 il yarım iş istəyib [Video]


Əbdül Əbilov

Əbdül Əbilov

O siyasi motivlərlə və facebookda fəallığına görə həbs edildiyini bildirib

​Mayın 22-də Bakı Ağır Cinayətlər Məhkəməsində Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə 31 yaşlı fəal facebook istifadəçisi Əbdül Əbilov barəsində dövlət ittihamçısı çıxış edib.

Əbdül Əbilovun yaxınlarının Amerikanın Səsinə verdiyi məlumata görə dövlət itthamçısı gənc fəalı Cinayət Məcəlləsinin 234.4.3-cü (böyük ölçüdə narkotik vasitələrin qanunsuz saxlanılması və ya satışı) maddəsi ilə 6 il 6 ay azadlıqdan məhrum edilməsini məhkəmədən xahiş edib.
Bundan sonra Əbdül Əbilov son söz və eləcə də vəkil müdafiə çıxışı söyləmək üçün məhkəmədən vaxt istəyib.

Proses mayın 27-də davam edəcək.

Əbilov 22 noyabr 2013-cü ildə Yasamal rayonunda öz evinin yaxınlığında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlığla Mübarizə İdarəsinin (MCMİ) əməkdaşları tərəfindən saxlanılıb.

Saxlanılarkən guya onun cibindən içərisində 2,679 qr heroin olan sellofan paket tapılıb, kirayə yaşadığı evdən isə 4,677 qr heroin tapılıb.

Məhkəmədə gənc bildirib ki, siyasi motivlərlə və facebookda fəallığına görə həbs edilib.
XS
SM
MD
LG