Accessibility links

Rauf Mirqədirovun vəkilləri Baş Prokurorluğa müraciət edib


Rauf Mirqədirov
Rauf Mirqədirov

Jurnalistin anası isə ölkə başçısına və Heydər Əliyev Fondunun prezidentinə müraciət edib

Mayın 27-də həbsdə olan jurnalist Rauf Mirqədirovun vəkilləri Baş Prokurorluğa müraciət edib.

Müraciətdə R. Mirqədirovun barəsində seçilmiş həbs qətimkan tədbirinin başqa yerə getməmək haqqında iltizamla əvəz olunması xahiş edilib.

Vəkillər müraciətdə yazılanları əsas gətirərək hesab edirlər ki, qondarma ittihamla R.Mirqədirov özünü təqsirli bilmir və ittihamı əsassız, həqiqətdən uzaq, həm də Azərbaycanın maraqlarına ziddi hesab edir.

Eyni zamanda jurnalistin anası Rəfiqə Mirqədirova isə prezident İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya müraciət edib.

O, özünün yaşlı olmasını və həyat yoldaşının da bu günlərdə vəfat etməsini nəzərə alaraq, övladlarının həbsdən azad olunmasını istəyir.

2010-cu ilin avqustundan Türkiyədə yaşayan "Ayna-Zerkalo" qəzetinin şərhçisi Rauf Mirqədirov aprelin 19-da bu ölkədən deportasiya olunub. Elə həmin gün də Bakıda həbs edilib.

Dövlətə xəyanətdə ittiham olunan jurnalist 3 aylıq həbs edilib. Jurnalist ittihamları qəbul etmir. Milli Təhlükəsizlik Nazirliyinin istintaq təcridxanasında saxlanan jurnalist bu günə qədər istintaqa ifadə verməkdən imtina edir.
XS
SM
MD
LG