Accessibility links

Daha bir gənc fəal barəsində cinayət işi açılıb


Həbs
Həbs

Orxan Eyyubzadə hakimiyyət nümayəndəsinə zor tətbiq etmə maddəsilə ittiham olunur

Mayın 6-da NİDA Hərəkatı fəallarına oxunan hökmə etiraz aksiyasında iştirak etdiyinə görə 20 sutkalıq inzibati həbs cəzası alan gənc fəal Orxan Eyyubzadə barəsində cinayət işi açılıb.

Gənc fəalın yaxınları Amerikanın Səsinə bildirib ki, Eyyubzadə "hakimiyyət nümayəndəsinə zor tətbiq etmədə" (Cinayət Məcəlləsinin 315.1 maddəsi) ittiham olunur.

Mayın 27-də cəzası başa çatdığından o, azadlığa buraxılmalı idi. Bu müddət başa çatdıqdan sonra Eyyubzadə azadlığa buraxılmayıb. Binəqədi Rayon Məhkəməsi onun barəsində 1 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Bu cəza 3 ilədək azadlıqdan məhrumetməni nəzərdə tutur.

Vəkil Əsabəli Mustafayevin sözlərinə görə, istintaq gəncin günahını sübuta yetirmək üçün ilkin dəlillər təqdim etməyib.

O, cinayət işini uydurma və siyasi motivli hesab edir. Müdafiə tərəfi üç gün ərzində Apellyasiya Məhkəməsinə həbsdən şikayət verəcək.
XS
SM
MD
LG