Accessibility links

Leyla Yunus istintaqa getməyəcəyində israrlıdır


 Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunus
Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunus

Prokurorluq Leyla Yunusa və nümayəndəsinə xəbərdarlıq edib

Hüquq müdafiəçisi Leyla Yunusun evinin qarşısında hazırda çoxlu sayda mülki geyimli şəxslər və istintaq qrupunun nümayəndələri dayanıb. Onlar həyətdə jurnalistlər və ictimai sektorun nümayəndələri olduğu üçün evə daxil ola bilmir.

Bu günbaş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə istintaq İdarəsi Leyla Yunusa Ermənitsanın xeyrinə casusluqda günahlandırılaraq dövlətə xəyanətdə ittiham edilən jurnalist Rauf Mirqədirovun cinayət işi üzrə dindirlmək üçün prokurorluğa çağırış təqdim edib. Leyla Yunus çağırışı imzalamayıb.

O aprelin 28-də Bakı hava limanından qanunsuz olaraq həyat yoldaşın və özünün alınmış pasportarı qaytrarıdlırdan sonra istintaq ifadə verəcəyini bildiriş. Bundan sonra hüquq müdafiəçisinin evinin qarşısına istintaq orqanın əməkdaşları və polis gəlib.

Leyla Yunus jurnalistlərə deyib ki, evinin sənədlərini və pasportunu qaytarmasalar ifadə verməyə getməyəcək.

Leyla Yunus və həyat yoldaşı Arif Yunus aprelin 28-də Bakı hava limanında saxlanılıb. Leyla Yunus 24 saatdan çox dindirildikdən sonra evində və ofisində axtarış aparılıb. Evinin sənədləri götürülüb.

Rauf Mirqədirov aprelin 19-da Türkiyədə saxlanılaraq Bakıya göndərilib. Jurnalist Bakı hava limanında həbs edilib. O, ailəsi ilə birlikdə son bir neçə ildə Ankarada yaşayırdı.

Elə bu gün Respublika prokurorluğu Leya Yunusa və nümayəndəsinə xəbərdarlıq edib.

Respublika Baş Prokurorluğunun mətbuat xidmətinin yaydığı rəsmi məlumata görə Leyla və Arif Yunusovlar Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin icraatında olan konkret cinayət işi üzrə şahid qismində dindirilmələri və digər istintaq hərəkətlərinin yerinə yetirilməsi, o cümlədən A.Yunusun səhhəti ilə əlaqədar məhkəmə-tibbi ekspertizadan keçirilməsi üçün cinayət-prosessual qanunvericiliyin tələblərinə riayət olunmaqla cari il aprelin 25 və 28-də, həmçinin mayın 29-da rəsmi çağırış vərəqələri təqdim olunmaqla istintaqa dəvət olunsalar da üzürlü səbəblər olmadan istintaqa gəlməkdən qəsdən boyun qaçırıblar.

Məlumatda deyilir ki, göstərilənlərlə əlaqədar Cinayət-Prosessual Məcəlləsinin 178-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın çağırışına üzürlü səbəb olmadan gəlmədikdə və çağırışları almaqdan boyun qaçırdıqda onun istintaq orqanına məcburi gətirilməsinin nəzərdə tutulması, həmçinin başqalarını yalan ifadə verməyə məcbur etməyə, istintaqın gedişatına mane olmağa, ifadə verməkdən və istintaqdan boyun qaçırmağa görə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmaqla barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair məhkəmə qarşısında vəsatət qaldırılacağı barədə L.Yunusa və onun nümayəndəsi Xalid
Bağırova mayın 30-da rəsmi xəbərdarlıq göndərilib.

Prokurorluq bildirir ki, L.Yunusun istintaq qarşısında hər hansı şərt qoyması qəbuledilməzdir.
XS
SM
MD
LG