Accessibility links

Hüquq müdafiəçisi ev dustaqlığına buraxılmayıb


Hüquq müdafiəçsi ev dustaqlığına buraxılmadı

Hüquq müdafiəçsi ev dustaqlığına buraxılmadı

Hər iki fəal ittihamları sifariş hesab edir və özlərini günahkar saymır

İyunun 11-də Salyan Rayon Məhkəməsində “Demokratiyaya Yardım” İctimai Birliyinin rəhbəri Emil Məmmədovun barəsində həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsinə dair vəsatətə baxılıb.

Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansının Mətbuat Xidmətindən Amerikanın Səsinə verilən məlumatına görə məhkəmə hüquq müdafiəçisini ev dustaqlığına buraxmayıb.

Emil Məmmədov mayın 13-də zorla pul tələb etməkdə şübhəli bilinərək saxlanılıb. Mayın 14-də Salyan Rayon Məhkəməsi onun barəsində 3 ay müddətinə həbs qətimkan tədbirini seçib.

Bundan öncə aprelin 17-də sözügedən QHT-nin digər fəalı Tofiq Qasımov zorla pul tələb etmək ittihamı ilə 2 ay müddətinə həbs edilib.

Hər iki fəal ittihamları sifariş hesab edir və özlərini günahkar saymırlar.

“Demokratiyaya Yardım” İctimai Birliyi ölkənin cənub regionunda ən fəal vətəndaş cəmiyyəti institutlarından biridir.

Qurumun rəhbəri E.Məmmədov dəfələrlə rayon hakimiyyəti strukturlarında korrupsiya faktlarını açıqlayıb, həmçinin yerli sakinlərin hüquqlarının müdafiəsinə qalxıb.

QHT hasilat sənayesində vətəndaş nəzarəti şəbəkəsinin bir sıra layihələrində iştirak edib. Bütün bunlar hakimiyyəti çox qıcıqlandırıb və fəala qarşı təqib kampaniyası başlayıb.
XS
SM
MD
LG