Accessibility links

Hüquq müdafiəçisi 6 il həbsə məhkum edilib


Hüquq müdafiəçisi Həsən Hüseynliyə 6 il həbs

Hüquq müdafiəçisi Həsən Hüseynliyə 6 il həbs

O, məhkəmə zalında həbs olunub

Iyulun 14-də Gəncənin Nizami rayon Məhkəməsində xuliqanlıqda və qanunsuz soyuq silah saxlamaqda ittiham edilən “İntellektual Vətəndaş" Maarifləndirmə Mərkəzinin rəhbəri Həsən Hüseynli barəsində umumilikdə 6 il olmaqla ( 5 il 11 ay 28 gün) həbs hökmü çıxarılıb.

Foto Elmar Chakhtakhtinski-nin facebook profilindən götürülüb

Foto Elmar Chakhtakhtinski-nin facebook profilindən götürülüb

Məhkəmədə iştirak edənlərin Amerikanın Səsinə verdiyi məlumata görə hüquq müdafiəçisi məhkəmə zalından həbs olunub.

Həsən Hüseynli ictimai fəaliyyətinə görə saxlandığını düşünür.

Hüquq müdafiəçilərinin iddiasına görə, Hüseynlinin təqib edilməsinin əsl səbəbi gənclər arasındakı böyük nüfuzu və onlara təsiridir.

"İntellektual Vətəndaş" Maarifləndirmə Mərkəzi (İCEC) 2004-cü ildə təsis edilib. Təşkilat 2009-cu ilin fevralında dövlət qeydiyyatından keçib.

Bu QHT-nin əsas missiyası Azərbaycanın Qərb regionunda açıq cəmiyyət ideyalarının yayılmasdır. Bu məqsədlə vətəndaş cəmiyyəti haqqında maarifləndirici tədbirlər keçirilib, layihələrin əsas hədəf qrupu gənclərdir.

XS
SM
MD
LG