Accessibility links

Müsavat partiyasının gənc fəalı Fərəc Kərimov özünü təqsirli bilmir


Müsavat partiyasının gənc fəalı Fərəc Kərimov

Müsavat partiyasının gənc fəalı Fərəc Kərimov

Vəkil əlavə edib ki, dəfələrlə müraciət etməsinə baxmayaraq işi aparan müstəntiqlə və Fərəc Kərimovla görüşə imkan yaradılmayıb

Qanunsuz narkotik saxlamaqda ittiham olunan Müsavat Partiyasının gənc fəalı Fərəc Kərimov özünü təqsirli bilmir.

Bu barədə Amerikanın Səsinə İşgəncələr Əleyhinə Komitənin sədri Elçin Behbudov bildirib.

Onun sözlərinə görə Fərəc Kərimov hələ də Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılır.

Hüquq müdafiəçisi bildirib ki, Kərimov saxlanılan zaman hər hansı təzyiqə məruz qalmadığını bildirib.

Bununla belə Kərimov deyib ki, ciyərləri xəstədir və xahiş edib ki, gəzinti meydaçasına çıxmaq vaxtını artırsınlar.

“Mən bu məsələni saxlama kamerasının rəhbərliyinə çatdırdım. Onlar dedilər ki, heç bir problem yoxdur. Fərəcin qardaşı Sirac da həmin maddə ilə ittiham edilir və Bakı İstintaq Təcridxanasına köçürülüb”.

Öz növbəsində Fərəc Kərimovun vəkili Nemət Kərimli indiyədək onun yanına buraxılmadığını bildirib.

Vəkil hesab edir ki, məhkəmənin qərarı var və Fərəc Kərimov Bakı İstintaq Təcridxanasına köçürülməlidir.

Vəkil əlavə edib ki, dəfələrlə müraciət etməsinə baxmayaraq işi aparan müstəntiqlə və Fərəc Kərimovla görüşə imkan yaradılmayıb.

Müsavat Partiyası Gənclər Təşkilatının sədr müavini və Facebook fəalı Fərəc Kərimov iyulun 23-də saxlanılıb.

Ona qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü (qanunsuz olaraq satış məqsədilə külli miqdarda narkotik maddə əldə etmək və ya saxlamaq) maddəsi ilə ittiham irəli sürülüb. Onun barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.

XS
SM
MD
LG