Accessibility links

Avropa Birliyi hüquq müdafiəçisi Leyla Yunusun həbsindən narahatdır (Yenilənib)


Avropa İttifaqı
Avropa İttifaqı

Azərbaycan Xarici İşlər Nazirliyi Avropa Birliyinin bəyanatını qəbul etmir

Azərbaycan Xarici işlər nazirliyinin (XİN) mətbuat xidmətinin Avropa İttifaqının komissarlarının hüquq müdafiəçisi Leyla Yunusla bağlı bəyanatlarına münasibət bildirib.

Mətbuat xidmətinin açıqlamasında deyilir:

“Avropa İttifaqının ali nümayəndəsi və vitse-prezidenti və Genişlənmə və Avropa qonşuluq siyasəti üzrə komissarının sözçülərinin Leyla Yunusova ilə əlaqədar 2 avqust tarixli bəyanatı əsassız və qəbuledilməzdir.

Hər bir demokratik cəmiyyətdə olduğu kimi, Azərbaycanda da heç kəs özünü qanundan üstün hesab edə bilməz. Konkret cinayət əməlləri törətməkdə ittiham olunan hər bir vətəndaş qanun qarşısında cavab verməlidir.

İstintaq prosesi tam şəkildə qanunvericiliyin tələblərinə uyğun şəkildə aparılır və Leyla Yunusova digər ittihamlarla yanaşı dövlətə xəyanətdə də ittiham olunur.

Bu tipli bəyanatlar Azərbaycanın daxili işlərinə qarışma, məhkəmə sisteminin işinə müdaxilə və cinayət tərkibli əməllərin məqsədyönlü şəkildə siyasiləşdirilməsi cəhdləri kimi qiymətləndirilərək rədd edilir.

Azərbaycana bu cür yollarla siyasi təzyiqin göstərilməsi tamamilə səmərəsizdir”, XİN mətbuat xidməti bildirir.

***

Avropa Birliyinin xarici işlər komissarı Katrin Eşton və Avropanın genişlənmə və qonşuluq məsələləri üzrə komissarı Ştefan Füle hüquq müdafiəçisi Leyla Yunusun həbsindən dərin narahatdırlar.

Bu barədə onların birgə bəyanatında deyilir.

“Avropa Birliyi Azərbaycanla münasibətlərini dəyərləndirir. Lakin bu münasibətlər, Azərbaycanın hazırda Nazirlər Komitəsinə sədrlik etdiyi Avropa Şurası qarşısında öhdəlikləri də daxil olmaqla, öz beynəlxalq öhdəliklərinə hörmət etmədən tam potensialına çata bilməz”.

Hər iki komissarın bəyanatında deyilir ki, Leyla Yunusun həbsi Azərbaycanda vətəndaş cəmiyyətini hədəfləyən və artmaqda olan məhdudiyyətlərin bir hissədir.

Leyla Yunus barəsində vətənə xəyanət və başqa 5 ittihamla 3 aylıq həbs qətimkan tədbiri seçilib.

Onun həyat yoldaşı Arif Yunusa da oxşar ittihamlar irəli sürülüb. O, səhhətində problemlərə görə polis nəzarətindədir.

Amnesty İnternational Leyla Ynuusu vicdan məhbusu elan edib.

XS
SM
MD
LG