Accessibility links

HRW: Azərbaycan hakimiyyəti Cəfərovu dərhal həbsdən azad etməlidir


Human Rights Watch_logo

Human Rights Watch_logo

Tanınmış hüquq müdafiəçisi və hakimiyyətin tənqidçisi Rəsul Cəfərovun həbsi Azərbaycan hakimiyyətinin ölkədəki tənqidi səsləri susdurmaq cəhdlərinin artmasından xəbər verir. Bu barədə Human Rights Watch təşkilatının bəyanatında deyilir.

“Azərbaycan hakimiyyəti Cəfərovu dərhal həbsdən azad etməli, bütün siyasi motivli ittihamları onun üzərindən götürməlidir. Onlar həmçinin vətəndaş cəmiyyətinin sıxışdırılmasına son qoymalıdır”, bəyanatda qeyd olunur.

“Rəsul Cəfərov hakimiyyəti fəal tənqid edənlərdən biridir və siyasi motivli ittihamlara məruz qalıb”, HRW rəhbər müavini Reyçel Denber bildirib.

“Hakimiyyət bu həbslə vətəndaş fəallarına işarə edir ki, onlar öz hüquq-müdafiə fəaliyyətlərini dayandırsınlar”, o vurğulayıb.

Cəfərovun həbsi siyasi və vətəndaş fəallarının hakimiyyət tərəfindən görünməmiş şəkildə sıxışdırılması fonunda baş verib. Son iki ildə 10-dan çox jurnalist, bloger, hüquq nüdafiəçisi və müxalifətçi həbs olunub.

“Bütün bunlar Azərbaycanın mayın 14-dən Avropa Şurası Nazirlər Komitəsinə rəhbərlik etməsi fonunda baş verir. AŞPA üzvləri ayılmalı və Cəfərovun azadlığa buraxılmasını tələb etməlidirlər”, Denber bildirib.

Bəyanatda deyilir ki, 2014-cü ilin fevralında qanunvericiliyə mürtəce məhdudiyyətlər edildikdən sonra hakimiyyət vətəndaş cəmiyyətinin qərb donorlardan qrant almalarını məhdudlaşdırmaq üçün onlara metodiki və məqsədyönlü hücumlara başlayıb.

Hakimiyyət hüquq müdafiəçilərinə qarşı cinayət işlərinin qaldırılması, onların vergidən yayınmaqda və qanunsuz sahibkarlıqda ittiham olunması üçün bu dəyişikliklərdən istifadə edir.

XS
SM
MD
LG