Accessibility links

Cəmil Həsənli Qırmızı Xaç Komitəsini Leyla və Arif Yunusları dəstəkləməyə çağırıb


Cəmil Həsənli

Cəmil Həsənli

Amnesty İnternational onları “vicdan məhbusu” kimi tanıyıb

Demokratik Qüvvələrin Milli Şurasının sədri Cəmil Həsənli avqustun 6-da Qırmızı Xaç Komitəsinin Bakı ofisində olub.

Leyla Yunus və Arif Yunus (Foto Emin Hüseynovun Facebook səhifəsindən götürülüb)

Leyla Yunus və Arif Yunus (Foto Emin Hüseynovun Facebook səhifəsindən götürülüb)

Həbsdə olan Leyla və Arif Yunusların hüquqlarını Müdafiə Komitəsinin üzvü kimi C.Həsənli ciddi xəstəliklərdən əziyyət çəkən Yunusların vəziyətinin nəzarətə götürülməsini, onların lazımi dərmanla təmin edilməsini BQXK-dan xahiş edib.

Bu barədə Amerikanın Səsinə C.Həsənlinin özü bildirib.

Leyla və Arif Yunuslar dövlətə xəyanətdə və digər cinayətlər törətməkdə ittiham olunaraq həbs ediliblər. Lakin onlar ittihamları qəbul etmir.

Amnesty İnternational onları “vicdan məhbusları” kimi tanıyıb.

XS
SM
MD
LG