Accessibility links

Apellyasiya məhkəməsi Leyla Yunusu həbsdə saxlayıb


Leyla Yunus 9 saat didnirildukdən sonra

Leyla Yunus 9 saat didnirildukdən sonra

Yunuslar onlara qarşı irəli sürülmüş ittihamları rədd ediblər

Avqustun 6-da Bakı Apellyasiya Məhkəməsi Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus barəsində həbs qətimkan tədbirinin dəyişdirilməsi haqqında vəsatəti təmin etməyib.

Vəkil Cavad Cavadovun yaydığı məlumata görə, məhkəmə birinci instansiya məhkəməsinin 3 aylıq həbs qərarını qüvvədə saxlayıb.

Leyla Yunus CM-in 274 (dövlətə xəyanət), 213 (vergi ödənişindən yayınma), 192 (qanunsuz sahibkarlıq), 320 (sənədlərin saxtalaşdırılması), 178.3.2 (böyük ölçüdə fırıldaqçılıq) maddələri ilə ittiham olunur.

Arif Yunusa qarşı isə 274 və 178.3.2-ci maddələrlə ittiham irəli sürülüb. Əvvəlcə məhkəmə onun barəsində polis nəzarətinə götürülməsi barədə qərar çıxarsa da , sonradan avqustun 5-də onun barəsində 3 aylıq həbs qətimkan tədbiri seçib.

Yunuslar onlara qarşı irəli sürülmüş ittihamları rədd edir.

Amnesty İnternational Leyla Yunusu vicdan məhbusu kimi tanıyıb.

XS
SM
MD
LG