Accessibility links

RATİ-nin ofisi möhürlənib [Video-müsahibə]


Reportyorların Azadlıq ve Təhlükəsizlik İnstitutunun ofisi möhürlənib
please wait

No media source currently available

0:00 0:05:14 0:00

Reportyorların Azadlıq ve Təhlükəsizliyi İnstitutunun ofisi möhürlənib

RATİ-nin hüquqşünası Günay İsmayılovanın Amerikanın Səsinə müsahibəsi

Avqustun 11-də səhər saatlarında Reportyorların Azadlıq və Təhlükəsizliyi İnstitutunun (RATİ) ofisi möhürlənib.

Bu barədə Amerikanın Səsinə institutun hüquqşünası Günay İsmayılova müsahibəsində bildirib.

Gunay Ismayılova
Gunay Ismayılova

Onun sözlərinə görə prokurorluğun müstəntiqi və sahə müvəkkili birlikdə ofisə gələrək oranın boşadılmasını tələb ediblər.

“Onlar hər hansı açıqlama vermədilər və hər hansı sənəd təqdim etmədilər. Dedilər ki, istintaq bitəndən sonra möhürü açacaqlar", deyə o bildirib.

Avqustun 8-də polis və mülki geyimlilər RATİ-nin eyni ünvanda olan ofisində axtarış aparıb. Ofisdəki kompüter və sənədlər götürülüb.

RATİ-nin rəhbəri Emin Hüseynov və onun qardaşı Mehman Hüseynovun harada olduğu məlum deyil.

XS
SM
MD
LG