Accessibility links

Nobelçi qadınlar Leyla Yunusa azadlıq tələb edir


Leyla Yunus həbs ediərkən
Leyla Yunus həbs ediərkən

Leyla Yunus və həyat yoldaşı Arif Yunus itihamları rədd edir

Nobel mükafatına sahib qadınların təşəbbüs qrupu Azərbaycan hakimiyyətini hüquq müdafiəçisi Leyla Yunusu və onun həyat yoldaşı Arif Yunusu həbsdən azad etməyə çağırıb.

Əsası 2006-cı ildə 6 nəfər Nobel mükafatçısı tərəfindən qoyulan ictimai qrupun bəyanatnda deyilir ki, həbsxanada L.Yunusun vəziyyəti kəskin şəkildə pisləşib. Prokurorluq ona dərman verilməsini ləngidir, xəstəxanaya yerləşdirməkdən imtina edir.

“Nobelçi qadınların təşəbbüs qrupu Azərbaycan hakimiyyətini L.Yunusa və onun həyat yoldaşına lazım olan hər cür tibbi yardımı göstərməyə çağırıb. Onların təhlükəsizliyinə görə məsuliyyət Azərbaycan hökumətinin üzərinə düşür.

"Bu həbslər Azərbaycanda vətəndaş cəmiyyəti fəallarına qarşı təzyiqlərin və məhdudiyyətlərin, bütün dünyada qadın hüquq müdafiəçilərinə qarşı təqiblərin bir hissəsidir", nobelçi qadınlar qeyd edir.

"BMT Baş Assambleyası ötən il mühüm qətnamə qəbul edərək bütün dövlətləri Leyla Yunus kimi hüquq müdafiəçilərini dəstəkləmyə və müdafiə etməyə çağırıb. Azərbaycan hakimiyyəti BMT-nin mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktını imzalamış dövlət kimi öz beynəlxalq öhdəliklərini yerinə yetirməli və hüquq müdafiəçilərinin qorxudulması kampaniyasına son qoymalıdır.

Biz Azərbaycan hakimiyyətini Leyla və Arif Yunusları dərhal azad etməyə çağırırıq”, bəyanatda vurğulanır.

Leyla Yunusa qarşı dövlətə xəyanət (274-cü maddə), vergi ödənişindən yayınma (213-cü maddə), qanunsuz sahibkarlıq (192-ci maddə), sənədlərin saxtalaşdırılması (320-ci maddə), böyük ölçüdə fırıldaqçılıq (178.3.2) ittihamlar irəli sürülüb.

Nəsimi rayon məhkəməsi Leyla Yunus barəsində 3 aylıq həbs qətimkan tədbiri seçib

Arif Yunusa qarşı isə 274 və 178.3.2-ci maddələrlə ittiham irəli sürülüb.Əvvəl məhkəmə onun barəsində polis nəzarətinə götürülməsi barədə qərar çıxarsa da , sonradan avqustun 5-də bu qərar 3 aylıq həbs qətimkan tədbiri ilə əvəz olunub.

Yunuslar onlara qarşı irəli sürülmüş ittihamları rədd edir.

Amnesty İnternational Leyla Yunusu "vicdan məhbusu" elan edib.

XS
SM
MD
LG