Accessibility links

Blogerin qohumları həbs edilib


Orduxan Temurxan
Orduxan Temurxan

Hollandiyada yaşayan azərbaycanlı bloger Orduxan Temurxanın qardaşı Xanlar Teymurxan və bacısı oğlu Səbuhi Zeynalov polisin qanuni tələbinə tabe olmamaq isttihamı ilə 30 sutka inzibati həbsə məhkum edilib. Bu barədə meydan.tv saytı blogerin qohumlarına istinadən məlumat yayıb.

Son günlər blogerin ailə üzvləri polis bölməsində sorğu-sual edilib. Orduxan Teymurxan Facebook səhifəsində yazıb ki, onun bacıları, bacısı qızları da polisə bölməsinə aparılıb. Bacıları və bacısı qızları azad buraxılsa da digər qohumları həbs edilib. Bloger polis əməkdaşı ilə telefon danışığı olduğunu bildirdiyi səs yazısını da yayıb.

Orduxan Temurxan tənqidçi bloger kimi tanınıb. Onun qohumlarının polisə aparılması blogerin Müsavat Partiyasının Avropa Koordinasiya Mərkəzinin fevralın 18-də Almaniyanın Köln şəhərində “Qarabağa və siyasi məhbuslara azadlıq!” şüarı ilə keçirdiyi mitinqdə iştirak etdiyi günə təsadüf edir.

Polis orqanları hələ bu məlumata münasibət bildirməyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG