Accessibility links

Fevralın 20-də Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Masallı rayon şöbəsinin fəalları Elvin Bəhramov və Fərasət Əhmədov evlərindən polisə aparılıb və Masall rayon Məhkəməsi polisin qanuni tələbinə tabe olmamaq ittihamı ilə onların hər birinə 30 sutka inzibati həbs verib. Bu barədə Amerikanın Səsinə AXCP sədrinin müavini Gözəl Bayramlı bildirib.

Elvin Bəhramov

Elvin Bəhramov

G.Bayramlı AXCP-yə qarşı ölkəboyu təzyiqləırin davam etdiyini deyib. “Hər iki fəal facebookda tənqidi yazılarına görə həbs olunub. AXCP-yə ölkəboyu polis hücumu davam edir”, o qeyd edib.

Xatırladaq ki, fevralın 20-də daha bir AXCP fəalı Amil Məmmədzadə 30 sutka inzibati həbsə məhkum edilib.

Hüquq mühafizə orqanları bu həbslərlə bağlı hələ şərh verməyib.

XS
SM
MD
LG