Accessibility links

Fevralın 24-də Şəki şəhər Məhkəməsinin qərarı ilə Müsavat Partiyası Şəki şəhər təşkilatının Nəzarət Təftiş Komissiyasının üzvü Yusif Qarayev 25 sutka inzibati həbs edilib.

Bu barədə Müsavat Partiyası məlumat yayıb.

Məlumatda deyilir ki, Yusif Qarayev polisə evindən aparılsa da, ona qarşı ənənəvi “polisin qanuni tələbinə tabe olmama” ittihamı irəli sürülüb.

Partiyanın Şəki şəhər təşkilatı hesab edir ki, Yusif Qarayevin həbsinin səbəbi fevralın 19-da onun evində Müsavatın Divan üzvləri Elman Fəttah və İkram İsrafilin iştitrakı ilə partiyanın zona müşavirəsinin keçirilməsidir.

Hüquq-mühafizə orqanları hələ partiya fəalının həbsi ilə bağlı açıqlama yaymayıb.

XS
SM
MD
LG