Accessibility links

Vəkil: İlahiyyatçının həbsinə dinc etiraz edənləri həbs ediblər


Sərdar Babayev
Sərdar Babayev

Vəkil Cavad Cavadov martın 1-də Masallı rayon (Bakıdan 236 kilometr cənub) Polis Şöbəsinin Müvəqqəti Saxlanılma Təcridxanasında ilahiyyatçı Sərdar Babayevlə görüşüb.

Bu barədə vəkil facebook səhifəsində yazıb.

Sərdar Babayev barəsində bu il fevralın 22-də həbs qətimkan tədbiri seçilib.

Ona qarşı Cinayət Məcəlləsinin 168-1.3 maddəsi ilə (Dini təbliğat, dini ayin və mərasimlərin aparılması tələblərini pozma) ittiham irəli sürülüb.

İttiham tərəfi Babayevin xarici ölkədə təhsil aldığı halda Masallı məscidində dini ayin həyata keçirdiyini bildirir.

Vəkil Cavad Cavadov bildirib ki, Sərdar Babayev Azərbaycanda da dini təhsil alıb. İranda isə bunu qadağan edən qanun qüvvəyə minməmişdən əvvəl dini təhsil alıb.

Vəkil hesab edir ki, ilahiyyatçının həbsi Avropa İnsan Hüquqları Konvensiyasının 9-cu maddəsinə (Fikir, vicdan və din azadlığı) ziddir.

Cavadov martın 2-də facebook səhifəsində yazıb ki, Masallı rayon Polis Şöbəsinin Müvəqqəti Saxlanılma Təcridxanasında "Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında" qanuna tam əməl olunmur.

“Belə ki, Qanunun 19.6, 19.7 maddələrinə əsasən Babayevə həbs edildikdən bir həftə ərzində yaxınları ilə görüşmək (qanunla həftədə bir dəfə) və telefonla zəng vurmaq imkanı (qanunla həftədə iki dəfə) verilməlidir. Amma, buna əməl edilməyib. Bundan əlavə ailəsi tərəfindən ona namaz qılmaq üçün aparılan səccadənin, rəsmi nəşr olan Qurani Kərimin, digər ədəbiyyatın verilməsindən imtina edilib”, o qeyd edib.

Vəkilin yazdığına görə, Sərdar Babayevin həbsinə dinc etiraz yürüşü keçirən Masallı rayon sakinləri Sultanov Salman, Şahhüseynov Fizuli, Həbibov Məhəmməd, Məhərrəmov İmadəddin Masallı rayon Məhkməsinin 24 fevral tarixli qərarları ilə müxtəlif müddətlərə inzibati həbsə məhkum edilib.

Cavad Cavadov həmin şəxslərin də hüquqlarını müdafiə edir və onlar barədə məhkəmə qərarlarından apellyasiya şikayəti hazırlayır.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG