Accessibility links

İcra başçısı jurnalistin böhtana görə məsuliyyətə cəlb edilməsini tələb edir


Həbsdə olan jurnalist Əfqan Sadıqova qarşı yeni ittiham irəli sürülməsi tələb edilir.

Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov xüsusi ittiham qaydasında jurnalistin Cinayət Məcəlləsinin 147.2-ci (böhtan) maddəsilə məsuliyyətə cəlb olunması ilə bağlı məhkəmədə iddia qaldırıb. Bu barədə vəkil Elçin Sadıqov bildirib.

Azel.tv saytının təsisçisi və redaktoru Ə.Sadıqov ötən il noyabrın 22-də saxlanılıb. Ona Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi (xuliqanlıq niyyəti ilə təhlükəli üsulla sağlamlığa qəsdən az ağır ziyan vurma) maddəsi ilə ittiham irəli sürülüb. Yanvarın 12-də Sadıqov 2,5 il müddətinə azadlıqdan məhrum edilib.

Jurnalist ittihamı rədd edərək bildirib ki, yerli icra hakimiyyətini tənqid etdiyinə görə ona qarşı təxribat törədilib.

Ə.Sadıqov yerli hüquq müdafiəçiləri tərəfindən siyasi məhbus kimi tanınıb.

Vəkil deyib ki, hələlik iddiaya hansı yazının səbəb olduğu məlum deyil.

Hazırlıq iclası martın 7-nə təyin edilmişdi, ancaq baş tutmayıb. Bu barədə ailə üzvlərinə və vəkilə martın 8-də məlumat verilib.

Vəkil xüsusi ittiham qaydasında iddianın əsassız olduğunu bildirib. Belə ki, Avropa İnsan Hüquqları Məhkəməsinin presedent qərarlarında diffamasiyaya görə cəzanın təyin edilməsinin qanuna zidd olduğu göstərilir.

“Artıq icraatımda hazırda 10-dan çox xüsusi ittiham qaydasında şikayət üzrə cinayət işi var. Jurnalist ovunun mövsümüdür”, vəkil istehza ilə Facebook səhifəsində qeyd edib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG