Accessibility links

Vəkil keçmiş müstəntiqin cərimə kamerasına salınmasından məhkəməyə şikayət verəcək


Rüfət Səfərov (Foto Təzəxan Mirələmlinindir)
Rüfət Səfərov (Foto Təzəxan Mirələmlinindir)

“Hüquqlarını müdafiə etdiyim keçmiş müstəntiq Rüfət Səfərovun səhhəti məni narahat edir”. Bu barədə vəkil Bəhruz Bayramlı Turana bildirib.

O deyib ki, R.Səfərova həbsxana şəraitində təxribat törədilib və heç bir günahı olmadığı halda “kars”a (cərimə kamerası) salınıb: “Bu təxribat bir hadisə olmaqla bitmir. Bu, davam edə bilər. Odur ki, mən R.Səfərovun həyatı üçün narahatam, onun karsa salınması ilə bağlı qərarları götürmək istəsəm də rəis olmadığı üçün bu qərarları mənə vermədilər. Məcburam ki, poçt ilə məktub göndərib. Qərarları alım və məhkəməyə müraciət edim”.

B.Bayramlı R.Səfərova qarşı təxribatın təfərrüatı barədə də açqılama verib. Vəkil R.Səfərova istinadən deyir ki, gəzinti zamanı yaşı 60-dan yuxarı bir şəxs R.Səfərova dalınca danışdığı barədə irad bildirib, bundan sonra R.Səfərovu “xalq düşməni”. “vətən xaini”, “yaşamağa haqqı olmaması”, əfvə düşməsinə mane olması kimi ağır və əsassız ittihamlara məruz qoyub.

Vəkilin dediyinə görə, R.Səfərov bununla bağlı həbsxana rəhbərliyinə bildirib. Həbsxana rəhbərliyi də hər iki şəxsi “mübahisə tərəfi” sayaraq həmin şəxsə 5 sutka, R.Səfərova isə 3 sutka “kars” cəzası verib.

Vəkil bildirir ki, R.Səfərov dərman istəsə də nəzarətçilər “dərman limit”i dolduğu üçün ona dərman verməkdən imtina ediblər: “Bundan əlavə, bir gün yatağını yığıb apararaq bir də axşam saat 19:00-da qaytarıblar”.

Xatırladaq ki, R.Səfərov 2015-ci il dekabrın 20-də bəyanat yayaraq prokurorluq sistemindən istefa verib. Bundan sonra R.Səfərov saxlanılaraq təkrar rüşvət ittihamı ilə Binəqədi Rayon Məhkəməsinə çıxarılıb və barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib. 2016-cı il yanvarın 22-də həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilib.

Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi istintaq apararaq R.Səfərovu təkrar rüşvət almaqda təqsirli bilib. Lənkəran Ağır Cinayətlər Məhkəməsi 2016-cı ilin sentyabrında R.Səfərovu məhkəmə zalında həbsə alaraq 9 il azadlıqdan məhrum edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG