Accessibility links

Aprelin 4-də Beynəlxalq Qırmızı Xaç Komitəsinin Bakı ofisinin nümayəndəsi, komitənin həkimi ilə 2 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan REAL Hərəkatının lideri İlqar Məmmədova baş çəkib. Bu barədə bu gün İlqar Məmmədovla telefon söhbətindən sonra REAL Hərəkatının icra katibi Natiq Cəfərov bildirib.

REAL Hərəkatının rəhbəri İlqar Məmmədov 2013-cü ilin yanvarında İsmayıllıda kütləvi iğtişaşların təşkilində ittiham olunaraq 7 il azadlıqdan məhrum edilib.

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) 2014-cü ilin mayında İ.Məmmədovun azadlıq hüququ və təqsirsizlik prezumpsiyasının pozulmasını tanıyıb.

Avropa İnsan Hüquqları Məhkəməsinin qərarından sonra onun işi Şəki Apellyasiya Məhkəməsinə göndərilib. 2016-cı il aprelin 29-da Şəki Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlayıb. Bundan sonra müdafiə tərəfi Şəki Apellyasiya Məhkəməsinin qərarından Ali Məhkəməyə kassasiya şikayəti verib. Ali Məhkəmə noyabrın 18-də kassasiya şikayətini təmin etməyib.

Avropa Şurası Nazirlər Komitəsi 2016-ci il 20 sentyabr iclasında İ.Məmmədovun azadlığa buraxılmaması ilə Avropa İnsan Hüquq və Azadlıqları Konvensiyasının pozulduğunu bəyan edib.

Son zamanlar REAL liderinin bel nahiyyəsində kəskin ağrılar baş qaldırb. Ağrılar onun sərbəst yeriməsində problemlər yaradıb.

Bu il martın 24-də İlqar Məmmədovu Ədliyyə Nazirliyinin Tibb Xidmətinin həkimləri müayinə edib və ağrıların kəskin osteoxondrozdan yarandığını bildirib.

Cəfərov bu gün facebook səhifəsində yazır ki, Qırmızı Xaç Komitəsinin həkiminin müayinəsi zamanı İlqar Məmmədova bundan öncə qoyulmuş kəskin osteoxondroz diaqnozu təsdiqini tapıb.

“Həkim belə ağrılar zamanı dərmanlarla müalicədən daha vacib yataq və gün ərzində rejimin və qidalanma sisteminin diaqnoza uyğun gözlənilməli olduğunu, belə şəraitdə isə bunun mümkünsüzlüyünü deyib. Dərmanlarla ancaq ağrıları azaltmaq olar, indi İlqarın ağrıları azalıb, amma tam keçməyib”, Cəfərli həkimin dedikləri barədə İlqar Məmməduovn dediklərinə istinadən yazıb.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG