Accessibility links

Məhkəmə cərrah Fərman Ceyranlı haqqında 2 aylıq həbs qətimkan tədbiri seçib


 Fərman Ceyranlı
Fərman Ceyranlı

Onun təsis etdiyi “Lancet” Tibb Mərkəzində icazəsiz əməliyyatlar keçirildiyinə görə klinika ləğv edilib

İki gün əvvəl Gürcüstanda polis tərəfindən saxlanılan “Lancet” Tibb Mərkəzinin təsisçilərindən biri, tanınmış cərrah, professor Fərman Ceyranlı haqqında məhkəmə 2 aylıq həbs qətimkan tədbiri seçib.

APA- nın məlumatına görə hazırda işlə bağlı ibtidai istintaq hərəkətləri həyata keçirilir.

F. Ceyranlı Gürcüstan CM-nin 180 və 247-ci maddələri ilə ittiham olunur. Məlumata görə, 2016-cı ildə onun klinikasında qanunsuz ciyər transplantasiyası əməliyyatları həyata keçirilib. Əməliyyatlar nəticəsində 2 xəstə dünyasını dəyişib. Klinikada icazəsiz əməliyyatlar keçirildiyinə görə “Lanset”in lisenziyası ləğv edilib.

F. Ceyranlının həmtəsisçisi olduğu Tibb Mərkəzi 3 ildir fəaliyyət göstərir.

Tibb Mərkəzində Gürcüstan, Azərbaycan, Türkiyə, Rusiya, İran və ərəb ölkələrindən, eləcə də Şərqi Avropanın klinikalarında fəaliyyət göstərən həkimlər müxtəlif əməliyyatlar həyata keçirir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG