Accessibility links

12 saylı cəzaçəkmə müəssisəsində həbs cəzası çəkən Azərbaycan İslam Partiyasının lideri Mövsüm Səmədov yenidən cərimə kamerasına (karser) salınıb. O martayında artıq üçüncü dəfədir cərimə kamerasına salınır.

Vəkil Yalçın İmanov bildirib ki, Səmədov martın 6-da artıq beş günlük karserə salınmışdı. Bu müddət başa çatdıqdan sonra onu üç günlük cəza kamerasına salıblar.

Vəkilin sözlərinə görə, Cəzaların İcrası Məcəlləsində cərimə kamerasına salınmanın maksimum müddəti 15 gündür.

Bayram ərəfəsində Səmədovun ailə üzvləri cəzaçəkmə müəssisəsində onunla görüşmək istəyiblər. Amma onlara deyiblər ki, indi Səmədov 2 aylıq cərimə kamerasına salınıb.

Vəkilin sözlərinə görə, Cəzaların İcrası Məcəlləsində cərimə kamerasına salınmanın maksimum müddəti 15 gündür.

İmanov izah edib ki, Novruz bayramı ilə əlaqədar uzunmüddətli qeyri-iş günləri olduğuna görə martın 27-dən əvvəl Səmədovla görüşə və onun cəzası ilə bağlı məsələni aydınlaşdıra bilmir.

Vəkil hesab edir ki, Səmədovun yenidən saxlanma rejimi daha sərt olan Qobustan həbsxanasına göndərilməsini əsaslandırmaq üçün ona qarşı təxribat törədilir.

Penitensiar Xidmətdən şərh almaq mümkün olmayıb.

Səmədov 2011-ci ilin yanvarında hakimiyyəti ələ keçirməyə cəhd, qanunsuz silah saxlama ittihamı ilə bir qrup AİP fəalı ilə birlikdə həbs olunub və 12 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Avropa Məhkəməsi artıq onun şikayəti üzrə kommunikasiyaya başlayıb.

Azərbaycan İslam Partiyasının liderinin növbəti dəfə karserə salınması ölkə hakimiyyətinin dini fəallara qarşı total repressiya siyasətinin daha bir parlaq nümunəsidir.

Siyasi Məhbusların Monitorinqi Mərkəzi İslam Partiyasının liderinin cərimə kamerasına salınmasını pisləyən bəyanatla çıxış edib.

“Azərbaycan İslam Partiyasının liderinin növbəti dəfə karserə salınması ölkə hakimiyyətinin dini fəallara qarşı total repressiya siyasətinin daha bir parlaq nümunəsidir,” sənəddə qeyd edilir.

Monitorinq Mərkəzi Səmədovun cəza kamerasından çıxarılmasını və həbsdə belə təqibinə son qoyulmasını tələb edir.

XS
SM
MD
LG