Accessibility links

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin aparat rəhbərinin həbs edildiyi bildirilir


Həbs

Həbs

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) aparat rəhbəri Vidadi Zeynalov həbs olunub.

APA agentliyinin məlumatına görə, Səbail Rayon Məhkəməsinin qərarı ilə V. Zeynalov barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

V. Zeynalovun vəzifəsindən azad olunması barədə də artıq əmr imzalanıb.

Qeyd edək ki, V. Zeynalovun həbsinin sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun yaxın qohumu, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin rəhbəri Beytulla Hüseynovun fəaliyyəti ilə əlaqəli olduğu bildirilir.

B. Hüseynov da işdən çıxarılaraq, barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.

Agentlik bildirir ki, RYTN-də çalışan daha bir neçə yüksək vəzifəli şəxsin saxlanılması barədə də məlumatlar var.

Bununla yanaşı, agentlik Vidadi Hüseynov və Betulla Hüseynovun nədə günahlandırıldığı barədə məlumat vermir.

Yerli meianın qeyri-rəsmi mənbələrə istinadən yazdığına görə, onlar qanunsuz olaraq yüksək vəzifəli məmurların, o cümlədən iş adamlarının telefon danışılarını dinləməkdə şübhəli bilinir.

XS
SM
MD
LG