Accessibility links

Həbsdən çıxan ərdəbilli bahai vilayətdən qovulub


Ramin Aydalxani
Ramin Aydalxani

Məhkəmə Ramin Aydalxanın doğma şəhərinə geri dönməsinə beş illik qadağa qoyub

İnsan haqları qruplarının yaydığı məlumata görə, İran Azərbaycanının bahai azlığına mənsub olan Ramin Aydalxani daha əvvəl məhkum olduğu bir il həbs müddətini bitirdikdən sonra polis əməkdaşları tərəfindən Ərdəbilin xaricinə çıxarılaraq vilayətdən qovulub. Bahai vətəndaşın doğma şəhərinin yerləşdiyi Ərdəbil vilayətinə geri dönməsinə məhkəmə tərəfindən beş illik yasaq qoyulduğu bildirilir.

“Həyat yoldaşı və iki uşağı ilə birlikdə, Parsapad şəhərində yaşayan Ramin Aydalxani bir il öncə İnqilab Məhkəməsi tərəfindən “Bahailiyi yaymaq” və “İran rəhbərini alçaltmaq” ittihamları ilə iki il həbs və beş il sürgündə yaşamağa (nəfyi-bələd/təhcir) məhkum edilmişdi. Həbsinin bir ili bitdikdən sonra avqustun 15-də şərti olaraq azadlığa buraxılan cənab Aydalxani eyni gündə Ərdəbil vilayətindən çıxarılıb,”-deyə HRA news xəbər agentliyi qeyd edib.

İranda Azərbaycanlı Siyasi Məhbuslarını Müdafiə Birliyi (ADAPP) və bəzi digər hüquq müdafiə qruplarının yaydığı bəyanata görə, İran Azərbaycanında yaşayan dini azlıqlar o cümlədən ələvi, sünni, xristian və bahai türklər, eləcə də qadınlar və cinsi azlıqlar ikiqat ayrı-seçkiliyə məruz qalır.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG