Accessibility links

Vəkil Səfər Hüseynov blogerlə görüşü barədə Amerikanın Səsinə müsahibə verib

Fevralın 7-də Minskdən Bakıya ekstradisiya olunmuş bloger Aleksandr Lapşinin 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılma şəraitindən heç bir şikayəti yoxdur. Bu barədə vəkil Səfər Hüseynov Amerikanın Səsinə müsahibəsiondə bildirib.

“Aleksandr Lapşinlə görüşmüşəm, vəziyyəti, səhhəti yaxşıdır. Saxlanma şəraiti də yaxşıdır. Heç bir problemi yoxdur”, o qeyd edib.

Vəkil Lapşinin özünü təqsirli bilib-bilməməsi iləı bağlı sualın cavabında deyib: “Mən heç nə deyə bilmərəm. Hələ istintaq gedir. O istintaqa ifadə verir”, Hüseynov qeyd edib.

Vəkil Rusiya və İsrail səfirliyinin əməkdaşlarının Aleksandr Lapşinlə görüşüb-görüşməməsi barədə məlumata malik olmadığını deyib.

Onun sözlərinə görə, Lapşin apellyasiya şikayəti verməyib.

XS
SM
MD
LG